Səkkizinci, yeməyə mali-yetim,
Anı yeməkdə xəta vardır əzim.
Söylədi doquzıncısın Mustəfa,
Oldurur ki, yeməyə mali-riba.
Həm onuncı bu ki, xəmri içməyə,
Kim içərsə, çevrəsindən keçməyə.
On birinci, söyləməyə həm yalan,
Qalmaya, ta duzəx içrə cavidan.
On ikinci, şahidi-zur olmaya,
Ta ki, cənnətdən məgər dur olmaya,
On üçünci, qılmaya eylə əməl,
Kim, ola anda həva ilə dəğəl.
Deməyə, on dördi həm qiybət sözin,
Öz əlilə oda atmaya özin.
Oldur on altıncı, ey arami-dil,
Bir müsəlmanə ziyanı dəyməgil.
Oldur on yedinci, lə’bü ləhv ilə,
Badə verə ömrini ol səhv ilə.
Oldur on səkkizinci kim, kimsəyə,
Boyuŋ uzun, ya qısadır deməyə.
Oldur on doquzıncı hərzə etməyə,
Kimsəni təğsir edüb incitməyə.
Oldurur igirmisi, key möhtərəm,
Aŋa Allahıŋ əzabın dəmbədəm,
Olmaya Həqqiŋ əzabından əmin.
Ola damu qorxusilə ol həzin,
Oldur igirmi biri, diŋlə yenə.
Xub nəsihətdir bu, söz diŋləyənə.
İki qərdaş arasında söz deyə,
Böylə xuy var isə, tərk eyləyə.
Aparə munuŋ sözin hər dəm aŋa,
Həm anıŋkin yetürə mundan yaŋa.
Oldur igirmi ikinci, Taŋrıya,
Cümlə halda şükr edə ol biriya.
Ne’mətü möhnətü müsibətdə qəmu,
Şakir ola Taŋrıya, ey bəxtlü.
Həm igirmi üçüncisin deyim saŋa.
Səbr edə, irsə müsibət, həm bəla,
Bil igirmi dördi oldı, ey səid,
Kəsməyə heç növə rəhmətdən ümmid.
Həm igirmi beşi oldur, biləsən
Kim, qəzadən sən həzər çox qılasən.
Biləsən, təqdir bir nəsnə saŋa,
Yazmış ola, eyləməz hərgiz xəta.
Uş igirmi altısı budur, əziz,
Muni dəxi ögrənib qılgil təmyiz.
Eyləyüb Həqqiŋ rizasini tələb,
Gəlməyə cəhd edə Allahdan qəzəb.
Eldən ötrü Həqq rizasin qoyməyə,
Nəfs ilə şeytanə uyub gəzməyə.
Oldurur igirmi yedinci, ey yar,
Dünyanı üqbadən etmə ixtiyar.
Oldur igirmi səkkizinci, bil anıŋ
Diŋlə muni kim, səfa bula canıŋ.
Bir müsəlman qərdaşıŋ gəlsə əgər,
Yanıŋa bir hacətə, ey mötəbər,
Hacətini edəsən anıŋ rəva,
Həqq rizasiçün bəxil olma aŋa.
Oldur igirmi doquzı, diŋləgil,
Söyləyim anı dəxi, xoş aŋləgil.
Din içində gər özüŋdən yuxaru,
Görəsəŋ anı, gözləgil, ey mahru.
Cəhd qılgil kim, sən aŋa yetəsən,
Bəlkə andan dəx ilərü ötəsən.
Dünyəlikdə kim ki səndən dun ola,
Xatiri qəmgin, halı məhzun ola.
Bax anıŋ halına, artur şükriŋi,
Qıl mülayim dildə Həqqin zikriŋi.
Dostları ilə paylaş: |