HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə93/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   89   90   91   92   93   94   95   96   ...   170
Otuz altıncısını diŋlə yenə,

Anı dəxi söyləyim aŋləyənə.

Taŋrınıŋ xəlqindən ol bir kimsəyə,

Lə’nət adını gətürüb sögməyə.

Budur otuz yedinci, bil sən dəxi,

Eyləyə təsbihü təhlil, ey əxi.

Dəxi təhmid ilə təkbir eyləyə,

Olmasun bu işdə təqsir eyləyə.

Oldurur otuz səkkizinci müdam,

Qirati-Qur’an edə hər sübhü şam.

Diŋlə otuz doquzın, ey əhli-dil,

Diŋlər isəŋ söyləyim, sən anı bil.

Kim qıla hər dəm cəmaətlən nəmaz,

Xaliqə dün-gün qıla ərzü niyaz.

Qıla beş vəqti cəmaətlə bilə,

Xaliqə edə təzərrö’ sidq ilə.

Cüməyə dəxi yenə hazir ola,

Varə həm eydiŋ nəmazını qıla.

Müstəme’ olgil maŋa sən, ey hümam,

Ta ki qırxıncısını edəm təmam.

Bir kimsə ki bir sözi saŋa deyə,

Ya səniŋ həqqiŋdə bir iş işləyə,

Rəncə olur xatiriŋ andan sənin,

Acığıŋdan titrəyə canıŋ səniŋ.

Kimsəyə sən dəxi anı söyləmə,

Köŋliŋi anıŋ pərişan eyləmə.

Çünki sən bu qırx hədisi diŋlədiŋ,

Cümləsi nə olduğını aŋlədiŋ.

Gəl yenə diŋlə səvabını anıŋ,

Eşidəndə, ta səfa bula canıŋ.

Dedi Salman kim, dedi fəxri-cəhan,

Eylədiŋ bu qırx hədisi çün bəyan,

Gəl munuŋ şimdi səvabın söyləgil,

Lütf edübən cümlə təqrir eyləgil.

Ol zəmandə pəs yenə xeyrül-bəşər.

Açdı ağzın xərc edüb dürrü göhər,

Ol Həqqiŋ izzü cəlalı həqqiçün.

Kim, məni qıldı cəhanə rəhnəmun,

Kim munuŋla qılsa dünyadə əməl.

Ömrini böylə keçürsə hər məhəl,

Həqq-təala ol quluŋ həşrin qıla.

Ənbiyalər, dəxi alimlər bilə,

Kim ki uşbu qırx hədisi ögrənə.

Xəlqə tə’lim eyləyə anı yenə,

Ol qədər eylər səvabın ol qəni,

Həqq yolına verə dünyə malini.

Həm yenə dedi Məhəmməd Mustəfa,

Sədrü bədri-aləmi-sahibvəfa.

Hər kişi bu qırx hədisi hifz edə,

Həm yenə mö’minlərə də ögrədə,

Həqq-təala ol qula ruzi-şümar.

Gərdəninə nur tuqin uralar,

Məhşər əhli cümlə heyran olalar

Kim, muni görüb təəccüb qılalar,

Təhsin edərlər cəmalıŋı anıŋ.

Ol kəramatü kəmalıŋı anıŋ,

Görələr anıŋ yüzini rubəru,

Kim, aŋa həsrət aparalar qəmu.

Həm yenə bu qırx hədisi hər kişi.

Ögrənüb olsa əməl qılmaq işi.

Mənzilini Həqq anıŋ eylər rəfi’,

Yenə qırx miŋ kişiyə olur şəfi’.

Cümləsi olur əzabə müstəhəqq,

Anları bağışlaya ol qula Həqq.

Yenə ol qırx miŋ kişiniŋ hər biri,

Ola qırx miŋə şəfi, ey din əri.

Anlarıŋ dəx hər birisi həmçinan,

Ola qırx miŋə şəfi’, ey dustan.

Dəxi kim bu qırx hədisi hifz edə,

Dünyədən üxrayə munuŋla gedə.

Xülq edər Həqq anıŋ içün miŋ mələk,

Kim ki mö’mindir, muŋa dutmaya şəkk.

Ol mələklər məhşər olunca aŋa,

Cənnətiŋ içində eylərlər səna.

Şəhrlər bünyad həm köşkü qəsur,

İçi anıŋ dopdolu qılmanü hur.

Həm ağaclar tikələr anıŋ içün,

Mivəsi əlvanü əlvan gunəgun.

Mustəfa munuŋ səvabını əzim,

Çox buyurmışdır əgərçi ol kərim.

Nəzm içində leyk qıldım müxtəsər,

Aqilə bir hərf işarətdir əsər.







Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin