HəZİNİ “HƏDİSİ-ƏRBƏİN” TƏRCÜMƏSİ



Yüklə 3,06 Mb.
səhifə94/170
tarix07.01.2022
ölçüsü3,06 Mb.
#82669
1   ...   90   91   92   93   94   95   96   97   ...   170
ƏL-HƏDİSÜL-ƏRBƏİN
یخرج فی آخر الزمان اقوام وجوههم وجوه الا دمیین وقلویهم قلوب الشیاطین وامثالهم کامثال الذیاب الضرار لیس فی قلوبهم شی من الرحمة سفاکون الدما لایرغبون عن القبیح ان بایعتهم اربوک وان توانیت عنهم اغتابوک وان امنتهم خانوک صبیانهم غارمون وشبانهم شاطرون وشیوخهم فاجرون لایامرون بالمعروف ولاینهون عن المنکروالاغترار بهم ذل وطلب مافی ایدیهم فقر الحکم فیهم بدعة والبدعة فیهم سنة فعند ذلک یسلط الله علیهم شرارهم ثم یدعو خیارهم فلایستجاب لهم دعاء 40
Gəl yenə köŋli qılgil müctəme’,

Can qulağilən maŋa ol müstəme’.

Uşbu qırxıncı hədisi diŋləgil,

Nəzmə gəlsün anı dəxi aŋləgil.

İbn Abbasdən rəvayət eylədi bu,

Mustəfadən nəql edər ol nikxu.

Söylədi ki, dedi xətmül-mürsəlin,

Saqiyi-kövsər, şəfi’ül-müznibin.

Ol məhəl kim, irişə axirzəman,

Ola bir qövm ümmətim içrə həman.

Gərçi ola yüzləri adəm yüzi,

Söyləyələr gərçi adəmtək sözi.

Qəlbi ola anlarıŋ şeytanvəş,

Bəlkə anlardən ola şeytan xoş.

Deyələr gördüklərini hərçi var,

Sünnət əhlini qılalar xarü zar.

Dillərində zərrə rəhmət olmaya,

Dəxi asari-mürüvvət olmaya.

Ola dün-gün işləri xun eyləmək,

Özlərin dün-gün məğbun eyləmək.

Yaxşı işdən daima dur olalar,

Həm qəbayih işə məğrur olalar.

Məclisində oturanda bir kişi.

Yaxşı söz demək ola aŋa işi,

Kim, aŋa yüz dürlü təhsin edələr,

Səd həzaran izzü təmkin edələr.

Yanlərindən qayib olsa bir zəman,

Qeyb edüb deyələr yüz miŋ yaman.

Yanlarında gər əmanət qoyəsən,

Bu işimə sən əmin ol deyəsən,

Aŋa, əlbəttə, xəyanət edələr,

Dəxi yüz dürlü ihanət edələr.

Həm uşaxları ola bədtinətü şux,

Nəf’i kəm ola olarıŋ, şərri çox.

Həm igitləri edə fisqü fücur,

Dünyasindən bid’ətə xoş pürhüzur.

Pirləri şər’ü təriqət bilməyə,

Əmri-mə’ruf, nəhyi-münkər qılməyə.

Hər kişi kim, əmri-mə’ruf eyləyə,

Cür’ət edüb nəhyi-münkər söyləyə.

Aralarında ola xarü zəif,

Bulmaya bir kimsə özinə hərif.

Dönə sünnət içlərində bid’ətə,

Cümlə bid’ətlər dönər həm sünnətə.

Bu əlamətlər ola çün aşikar,

Anlara edə müsəllət Kirdigar.

Bir yavuz cəbbarü zalim padşah,

İşləri ola dünü gün ah-ah,

Çox qılalar həzrətə gərçi dua,

Yüz miŋdən olmaya biri rəva.

Həm yenə buyurdı bir dəx əyan,

Kim, gəlisərdir həqiqət bir zəman.

Sünnətimi tərk edübən qoyalar,

Nerdə bid’ət olsa, aŋa uyalar.

Sünnətimə meyl edərsə bir kişi,

Dəmbədəm xövfü xətər ola işi.

Ol aradə oluban xarü qərib,

Özinə bir kimsə bulmaya hərif.

Kim ki bid’ətkar, həm fasiq ola,

Yüz məsaib özinə hər gün bula.

Həzrətə bir gün səhabə gəldilər,

Ya rəsulüllah, bizə vergil xəbər.

Soŋra bizdən ümmətiŋ içrə degil,

Eylə kimsə heç gəlürmi, söyləgil.

Din içində bizdən əfzəl ola ol,

Lütf edüb muni bəyan et, ya rəsul.

Mustəfa dedi, bəli, bir-bir olur,

Bu cəhanə sizdən əfzəl həm gəlür.

Dedilər bizə bəyan eylə muni,

Ya rəsul, anlar görərlərmi səni?

Həm dəxi heç vəhy enərmi ol zəman,

Anlarə gögdən yerə, eylə əyan.

Dedi, görməzlər məni bilin yəqin,

Vəhy gəlməz olarə, bil həmçinin.

Dedilər kim, ol zəman içrə olər,

Necə dirilür, bizə vergil xəbər.

Dedi kim, necə ki su içində duz,

Edə yüz zar birlə sazü suz.

Anların qəlbi əriyə, dutma şəkk,

Necəsi ola su içrə nəmək.

Dedilər anlar necə eylər məaş,

Ol zəman içində, eylə bizə faş.

Mustəfa dedi, sizə verim xəbər,

Ol zəmanda eylə dirilür olər.

Sirkə içinə düşə bir canəvər,

Necə ola anda ol zirü zəbər.

Bu dəxi elyə dirilür bigüman,

Bəlkə andan sə’btər, bilgil əyan.

Dedilər, imanı anlar ol zəman,

Necə saxlar, ya rəsul, eylə bəyan.

Mustəfa dedi ki, diŋliŋ söyləyim,

Necədir, anı dəxi şərh eyləyim.

Avcına od alanda bir kişi,

Necə olur halı, artur təşvişi.

Gər əlində dutsa, yandura əlin,

Salsa əldən, xud düşər, sönər yəqin.

Din işi dəx böylə olmışdır həman,

Dini qoysa kafir olur bigüman.

Qoymayub gər saxlasa xud dəmbədəm,

Hər tərəfdən irişür yüz dürlü qəm.

Sadiqül-və’d Məhəmməd Mustəfa,

Böylə buyurmışdur ol xeyrül- vəra’

Ol zəman budur ki, iş biz gəlmişüz,

Nə qatı bəd ruzigarə qalmışuz

Rəğbət ilə bir varan yox din yolın,

Bir kişi yox kim, yeyə məhşər qəmin.

Babi-dünyadə bir kişi söz söyləyə,

Yüz kişi aŋa həqarət eyləyə.

Aləm içrə dopdolu şurü şərr,

Gün gələ qarşu olur yövmül-bətər.


***
Şimdi gəl, ey Həqq rizasin istəyən,

Xaliqiŋ fəzlü ətasin istəyən.

Xeyrə düriş, cəhd edüb dünyadə sən,

Qəflət ilə vermə ömri badə sən.

Ayırməgil köŋliŋi Həqdən bir nəfəs,

Andin özgə nəstəni qılma həvəs.

Tərk qıl hirsü həvayi, zinhar,

Dünyəni qoy, üqbayi qıl ixtiyar.

Dünyəni sevmək hesabin verməgə,

Dəgməz anıŋ bu əzabin görməgə.

Dünyə içün dini əldən salməgil

Aldanub beş gün həyatə qalməgil.

Bu fənanıŋ səvgüsin tərk eyləgil,

Köŋliŋi Allah ilə bərk eyləgil.

Tərk qılmayınca dünya şöhrətin,

Sən bulam sağınma üqba dövlətin.

Bu xitabı sanma qeyrə söylərəm,

Cümlə öz halımdurur, ərz eylərəm.

Özgəyə nə söyləyim ki, məndə yox,

Kimdürür, məndən xətasi ola çox?!

Hirsə məğrur olubən dünyadə mən,

Heyf kim, ömrimi verdim badə mən.

Dildə gər təsbihü təhlil ola bəs,

Doludur köŋlim mənim arzu-həvəs.

Qövlimə fe’lim mülayim olmadı,

Əmri-Həqqə nəfs qayim olmadı.

Gərçi ə’malimdə süstəm, Həqq bilür,

E’tiqadimdə dürüstəm, Həqq bilür,

Həqqə layiq yoxdur ə’malim mənim,

Daŋla məhşərdə nola halim mənim?!

Rəhmət eyləsün Xuda ol kişiyə,

Dua qıla muni yazan kişiyə.







Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   170




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin