REGENERASİYA
Zədələnmiş toxumalarm, orqanlarm və bədənin ayrı-ayrı hissələri-nin bərpa olunması regenerasiya adlanır. Regenerasiya bütün canh varlıqlar üçün səciyyəvi olan uyğunlaşma mexanizmlərindən biridir. Onun 3 növü ayırd edilir: 1) fizioloji; 2) reparativ; 3) patoloji regene-rasiyalar.
Fizioloji regenerasiya dedikdə, orqanizmin hüceyrə və toxumaları-nın normal həyat boyu yeniləşməsi nəzərdə tutulur. Həyat boyu or-qanizmin bütün toxumaları fizioioji regenerasiyaya uğrayır. Məsələn, qanda olan hüceyrələr müəyyən həyat dövrü keçdikdən sonra qocalır və parçalamr, lakin sümük iliyində yeni qan hüceyrələrinin yaranması sayəsində qanm hüceyrəvi tərkibi mühafizə olunur; dərinin epitel ör-tüyündə tədricən buynuzlaşma prosesi gedir və səthi hüceyrələr tələf olub, orqanizmdən ayrılır. Bəzi hüceyrələr (beynin qanqlioz hüceyrə-ləri və s.) bölünmə yolu ilə çoxalmır. Buna görə, əvvəllər belə güman edilirdi ki, həmin hüceyrələrdə fızioloji regenerasiya prosesi baş ver-mir. Lakin tədqiqatlardan aydm olmuşdur ki, bu hüceyrələrin fiziolo-ji regenerasiyası hüceyrədaxili orqanoidlərin və membranlarm fasilə-siz yeniləşməsi ilə əlaqədardır. Beləliklə, hüceyrələrin əksəriyyətində fizioloji regenerasiya bölünmə yolu ilə çoxalma hesabına, bəzilərində isə orqanoidlərin yeniləşməsi hesabma həyata keçir; toxumalarm bir qrupunda hüceyrə regenerasiyası, digər qrupunda isə orqanoidiərin regenerasiyası üstünlük təşkil edir.
Dostları ilə paylaş: |