Şişin inkişaf xüsusiyyətləri. Adətən şişin inkişafı müəyyən bir proli-ferativ mərkəzdən başlayır. Həmin mərkəzin hüceyrələri daha sürətlə çoxalma qabiliyyəti əldə edirlər. Əvvəlcə adi hüceyrələr transforma-siyaya uğrayaraq şiş hüceyrələrinə çevrilir, sonra isə onun inkişafı pa-toloji çoxalma qabiliyyətinə malik olan hüceyrələrin hesabma davam edir. Şiş toxuması öz ətrafmda yerləşən başqa toxumalarm və ümumi orqanizmin funksional halı ilə əlaqəsiz şəkildə böyüyür. Bu cəhətdən şiş hüceyrələrinin inkişafı iltihabla əlaqədar olan regenerasiyadan fərqlənir. Şişin inkişafmm 2 yolu məlumdur: 1) espansiv böyümə; 2) infiltrativ böyümə.