Hirkan tiPLİ meşƏLƏr haqqinda qisa məlumat



Yüklə 0,92 Mb.
səhifə1/7
tarix10.01.2022
ölçüsü0,92 Mb.
#110483
  1   2   3   4   5   6   7

Azərbaycan Milli Elmlər Akademiyası

Mərkəzi Nəbatat Bağının əsərləri, 2014, XII cild

UOT 582.725
HİRKAN TİPLİ MEŞƏLƏR HAQQINDA QISA MƏLUMAT
Səfərov H. M., Fərzəliyev V. S., Dənziyeva J.Y.

AMEA Nəbatat bağı
Hirkan tipli meşələr Talış dağlarından başlayıb, Xəzər dənizinin cənub və cənub-qərb sahilləri boyu Şimali İran ərazisindən keçərək Türkmənistan ərazisindəki Kopetdağa qədər olan ərazidə yayılmışdır.Ümumi uzunluğu 700 km olan bu ərazinin 110 km-i Azərbaycan Respublikasına aiddir. Bu yerlərdə bitki öryüyü öz rəngarəngliyi ilə fərqlənir, üçüncü dövrə məxsus dendroloji relikt bitki növləri günümüzədək gəlib çıxmışdır. Orta illik yağıntının miqdarı 1200-1600 mm. Maksimal tempratur, yayda +40C ° və minimal, qışda +2-3C° olur

Açar sözlər: hirkan, endem, bitkilik, relikt.

GİRİŞ
Azərbaycan Respubliksı ərazisinin təqribən 11%-ni müxtəlif tipli meşə örtüyü tutur. Bu meşə tiplərinin biri də hirkan tipli meşələrdir.

Hirkan tipli meşələr Xəzər dənizinin cənub və cənub-qərb sahilləri boyu Azərbaycan ərazisində yerləşən Talış dağlarından başlayıb, Şimali İran ərazisindən keçərək Türkmənistan ərazisindəki Kopetdağa Respublikasının ərazisinə qədər olan ərazidə yayılmışdır. Ümumi uzunluğu 700 km olan bu meşələrin 110 km-i Azərbaycan Respublikasının ərazisinə aiddir. Hirkan tipli meşələrin ümumi ərazisi 3 milyon hektardır, amma Talış ərazisinin payına ümumi ərazinin 5%-i, yəni 149 min hektarı düşür. Aşağı düzən meşə də daxil olmaqla bütün ərazisi dəniz səviyyəsindən 1600-1700 m yüksəkliyədək meşə ilə örtülmüşdür.



Yüklə 0,92 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin