Orta dağ qurşağı bitkiliyi: Orta dağ qurşağının əsas edifikator növü olan şərq fıstığı bütün meşələrin təqribən yarısını təşkil edir. Şabalıdyarpaq palıd əsasən cənub yamaclarda üstünlük təşkil edir.
Bu meşələrin tərkibində qafqaz xurması, şərq vələsi (Carpinus orientalis Mill.), ağcaqayın, ürəkvariyarpaq qızılağac xüsusi yer tutur. Meşəaltı təbəqəsi budaqlı danaya, pırkal, əzgil, xırdayarpaq yemişan, əyrimeyvə yemişan (Crataegus curvisepala Lindm.) və digər növlərdən ibarətdir. Liyan növlərindən: Radde böyürtikanı, güyəmə , Pastuxov daşsarmaşığı, ot bitkilərindən: Poa nemoralis L., Primula heterochroma Stapf, Galium odoratum (L.) Scop., Sanicula europaea L., Brachypodium sylvaticum (Huds)Beauv., Viola alba Bess., Dentaria quinquefolia Bieb., Ranunculus caucasicus L., Viola odorata L., Viola hirta L., Viola canina L., Fragaria vesca L., Carex sylvatica Huds. və s. daha çox yer tutur [4].
Açıq, erroziyaya uğramış ərazilərdə üvəz (Sorbus torminalis (L) Crantz), adi birgöz (Ligustrum vulgare L.), əzgil, xırdayarpaq yemişan, hirkan inciri, itburnu və s. bitki növləri yayılmışdır.
Dostları ilə paylaş: |