Hidroqrafiya: Ərazidə çoxlu iri və xırda çaylar hidroqrafik şəbəkə əmələ gətirir. Bunların bir qismi birləşib Xəzər dənizinə tökülür, bəziləri isə axmazlarda itir. Dağ çayları süxurları yuyub apararaq dərin, dar dərələr əmələ gətirir. Çaylarla ən çox su payız-qış və yaz aylarında yağan yağıntılar vaxtı gəlir.
Torpaq: Ərazi səthinin güclü sürətdə parçalanması, dik yamacların, iqlim və su amilinin olması, burada eroziya proseslərinin yaranmasına səbəb olur. Güclü yağışlardan sonra torpağın yuyulması, daş qalaqlarının yaranması və qayaların çılpaqlaşmasına gətirib çıxara bilir.
Dağ-meşə zonasının torpaqları özünün müxtəlifliyi ilə fərqlənir; yuxarı hissələrdə podzollaşmış torpaqların müxtəlif tipləri, aşağı hissələrdə qəhvəyi, az qəhvəyi və zəngin humuslu torpaqlar formalaşır. Dağ-meşə qəhvəyi və qonur torpaqlara 700-1800 m yüksəkliklərdə rast gəlinir. Onlar qələvi və podzolluq əlamətləri ilə səciyyələnir.
Dağ-meşə sarıtorpaqlar şərqdən qleyli və bataqlıqlı torpaqlara qarışır. Həddən artıq rütubətin, tez-tez qrunt sularının təsirinə məruz qalması nəticəsində aşağı düzən ərazisində qleyli və bataqlıqlı torpaqlar yaranır.
Qleyli sarı torpaqların fərqləndirici xüsusiyyətlərndən biri odur ki, onlarda podzolluq aydın surətdə nəzrə çarpır, həddən artıq səthi və qrunt suları onların horizontlarının yaranmasına şərait yaradır. Bu torpaqlar, adətən, aşağı düzən meşələrdə yayılmışdır.
Ərazinin torpaqları özünün müxtəlifliyinə görə, əsasən, aşağıdakı rayonlara ayrılır:
Aşağı torpaq rayonuna aid olan sarı (açıq və tünd) podzollu torpaqlar;
Mərkəzi torpaq rayonuna aid olan sarı (boz və qəhvəyi) tündrəngli və açıqrəngli meşə torpaqlar;
3) yuxarı torpaq rayonuna aid olan qonur meşə və podzollu torpaqlar;
Aşağı torpaq rayonuna dağətəyi, meşə və aşağı dağ meşə qurşaqlarının bir hissəsini aid etmək olar. Bu təqribən 20-500 m dəniz səviyyəsindən yuxarıda yerləşən ərazini əhatə edir.
Relyefinin, iqlim amillərinin və bitki örtüyünün dəyişməsi hirkan meşə tipinə və rütubətli subtropik zonaya xas olan torpaqların tiplərinin formalaşmasına səbəb olmuşdur. Aşağı düzən meşələrindən yuxarı qalxdıqca sarı qleyli- torpaqlar əvəz edir.
Dostları ilə paylaş: |