Cisim və hadisələr insanın tələbatını ödəyirsə, stenik hisslər özünü göstərir.
Mənfi ( Astenik )
Cisim və hadisələr insanın tələbatını ödəmirsə, astenik hisslər özünü göstərir.
İkili münasibət ( Ambivalent hiss)
Ambivalent hissdə razılıq və narazılıq təkcə birləşmir, onların biri o birinə keçir, hər iki hiss yanaşı yaşanılır.
Qeyri-müəyyən bələdləşmə
Qısamüddətli emosional reaksiyalarda, eyni zamanda bəzi obyektlərə qarşı yaranm davamlı hisslərdə müşahidə olunur.
3. Hisslərin keçirilməsi formaları.
Hisslərin keçirilmə formaları.
Hisslər qüvvə, davamlılıq və sürətə görə müxtəlif növlərə ayrılırlar. Bunları insanın emosional haləti də adlandırırlar. Müasir psixologiyada insanın emosional halətlərinin öyrənilməsinə xüsusilə böyük əhəmiyyət verilir. Bu isə təsadüfi deyildir. İnsanda əmələ gələn, günlərlə, hətta, bəzən həftələrlə davam edən emosional halətlər təkcə onun əmək məhsuldarlığına deyil, həm də psixi sağlamlığına mühüm təsir göstərir. Hisslərin əsas keçirilmə formaları aşağıdakılardır: