«Allahın əlamətlərindən biridə budur ki, sizin üçün həyat yoldaşı yaratdı ki, siz onlarla məhəbbətlə ünsiyyət bağlayıb ruhi cəhətdən sakit olasınız».1
Qadın və kişi arasındakı fərqlər bir-birini cəzb edir tamamlayır. Əgər qadın cismi və ruhi cəhətdən kişi xislətlərini ehtiva etsəydi, heç vaxt kişini özünə tabe edə bilməzdi və ya kişi də qadın xislətlərinə malik olsaydı, qadın onu bir qəhrəman kimi qəbul etməzdi.
Qadınla kişi arasında olan cazibə cismlər arasında olan cazibədən fərqlənir. Yəni böyük cisimlər kiçik cisimləri cəzb etdiyi halda, burada proses əksinədir - qadın kişini özünə cəzb edir.
İndi isə Quran baxışından qadının mövqeyini göstərək. İslam qadının şəxsiyyətini kişinin şəxsiyyəti ilə bərabər tutur. «Nəhl» surəsinin 97-ci ayəsində deyilir:
مَنْ عَمِلَ صَالِحًا مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُمْ بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ
Dostları ilə paylaş: |