Kişinin və qadının bir-birinə olan münasibətlərində fərqli cəhətlər bunlardır:
1. Kişi şəhvət əsiridir. Qadın isə kişinin məhəbbətini qazanmaq istəyir. Yəni kişi qadının özünə malik olmaq istəyir, qadın isə kişinin qəlbində yer tutmaq istəyir.
2. Qadın kişidən qeyrət, şücaət gözləyir, kişi isə ondan məhəbbət umur.
Qadın və kişi insaniyyətdə bərabər olsalar da, xislətləri cəhətdən müxtəlifdirlər. Bu əsasa görə onlar hüquq və vəzifə cəhətində fərqlənirlər. Bədən üzvlərinin hər birinin öz işi olduğu kimi qadın və kişidə fərqlərinə baxmayaraq kamil bir mövcutad kimi bir-birini tamamlayırlar və bu tamamlama təkcə cismi və şəhvət mənasında yox, əksinə mənəvi və ruhi cəhətdən təmiz və ülvi bir məhəbbət baxımından başa düşülür. Necə ki, Qurani-Şərif buyurur:
وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ
Dostları ilə paylaş: |