hmggprs@gmail.com
Hojjat Molaeiyə
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ünvanladığınız Azərbaycanda praktiki tibbi fəaliyyətlə məşqul olmaq icazəsi barəsində müraciətinizə baxılmışdır.
Bildiririk ki, xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması məsələsinə Səhiyyə Nazirliyinin nəzdində olan Komissiya tərəfindən baxılır. Bunun üçün aşağıda göstərilən sənədlər Səhiyyə Nazirliyinin internet-səhifəsində göstərilən elektron xidmətləri vasitəsi ilə təqdim olunmalıdır:
-
Ərizə;
-
Ali və orta təhsil haqqında sənədin surəti*, diploma əlavənin surəti* (respublikadan kənarda baza ali təhsil haqqında sənəd (diplom) Azərbaycan Respublikası Təhsil Nazirliyində nostrifikasiya olmalıdır);
-
Ixtisaslaşma keçməsi haqqında sənədin surəti* (rezidentura, internatura, kliniki ordinatura);
-
Xarici pasportun surəti * (bütün səhifələr);
-
Şəxsiyyət vəsiqəsinin surəti;
-
Əmək kitabçasınin surəti*;
-
Soyadı dəyişdirildiyi halda niqah haqqında şəhadətnamənin surəti.
*Sənədlər azərbaycan dilinə tərcümə edilməli və notarial qaydada təsdiq olunmalıdır.
Ətraflı məlumat Səhiyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib:
http://health.gov.az/
Kadrlar, elm və təhsil
şöbəsinin müdiri Kəmalə Mehdiyeva
Dostları ilə paylaş: |