Azərbaycan Respublikası adından
HÖKM
Bakı şəhəri
İş № 1(101)-726/2022
07.04.2022
BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ
Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), İsmayılov Eldar Herov
oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət
ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi
üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin
prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Bakı şəhəri “Arbitrium” Vəkil bürosunun vəkili
Müdafiəçi iştirakları ilə,
xx xxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş,
orta
təhsilli,
subay,
fərdi
əməklə
məşğul
olan
Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum
olunmamış, ünvan 4nda yaşamış, hazırda Ədliyyə
Nazirliyinin
Penitensiar
Xidmətinin
Bakı
İstintaq
Təcridxanasında həbsdə saxlanılan
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və
234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında
baxaraq,
müəyyən etdi:
İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edib
daşımış və saxlamışdır.
İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs narkotik vasitələri
külli miqdarda qanunsuz olaraq əldə edib satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum
olmayan İran İslam Respublikasının vətəndaşı ilə əlbir olub cinayət əlaqəsinə girərək 29
oktyabr 2021-ci il tarixdə axşam saatlarında əvvəlcədən aralarında olan razılaşmaya
əsasən sonuncu tərəfindən Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən piyada
keçidinin yaxınlığında yerdə gizlədilmiş külli miqdarda 8,779 qram çəkidə kustar üsulla
hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib
daşıyaraq üzərində saxlamış, 30 oktyabr 2021-ci il tarixdə saat 00:15-də Bakı şəhəri
Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən
qəsəbəsində piyada keçidinin yaxınlığında olan zaman saxlanılaraq Bakı şəhəri, Binəqədi
rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən Binəqədi RPİ-nin 40-cı
PB-nə gətirilmiş və orada şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış
keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana
bükülmüş qəhvəyi rəngli maddə təmiz çəkisi 8,779 qram olan kustar üsulla hazırlanmış
narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü
ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə
elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 29 oktyabr 2021-
ci il tarixdə saat təxminən 23:55 radələrində sosial şəbəkə vasitəsi ilə adını bilmədiyi İran
İslam Respublikası vətəndaşı ilə tanış olmuş, iranlı ilə razılaşmaya əsasən sonuncudan
150 manat pul müqabilində narkotik vasitə alacağı barədə razılığa gəlmiş, iranlının dediyi
hesab kartına 150 manat pul ödəmiş, sonra həmin şəxsin ona dediyi Xocasən
qəsəbəsində yerləşən piyada keçidinin yaxınlığına gəlmiş, həmin yerdə gizlətdiyi bükümü
tapmış və götürmüşdür. 30 oktyabr 2021-ci il tarixdə saat təxminən 00:15 radələrində polis
əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu qanunsuz olaraq üzərində
narkotik vasitə saxlamaqda şübhəli bilindiyi üçün Binəqədi rayon Polis İdarəsinin 40-cı
Polis bölməsinə dəvət etmişlər. Orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan
hüquq və vəzifləri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir.
Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı
soruşulduqda o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf
sellofana bükülmüş büküm və şalvarının sağ yan cibindən bir ədəd “Samsung” markalı
mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra ona üzərində başqa hər hansı bir
əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmiş,
sonra şalvarının, gödəkçəsinin ciblərini açmağı və ayaqqabılarının çıxarılması tələb
olunmuş, lakin hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra
onun masanın üzərinə qoyduğu şəffaf sellofanın içərisindəki tünd qəhvəyi rəngli narkotik
vasitə hesab olunan heroin nümayiş etdirilmişdir. Ondan həmin kütlənin nə olduğu
soruşulduqda, o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin
narkotik vasitəni 29 oktyabr 2021-ci il tarixdə saat 23:55 radələrində Binəqədi rayonu
Xocasən qəsəbəsində piyada keçidinin yaxınlığından götürüb istifadəsi üçün aldığını
bildirmişdir.
Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o,
2015-ci ildən narkotik vasitə istifadə etməyə başlamış, 2019-cu ildən isə gündəlik olaraq 2
qram olmaqla narkotikdən istifadə etmiş, narkotiki tanımadığı şəxslərdən əldə etmiş,
ondan aşkar olunan narkotik vasitəni özünü İran vətəndaşı kimi təqdim edən, internetdə
tanış olduğu şəxsdən şəxsi istifadəsi üçün almışdır.
Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Binəqədi
rayon Polis İdarəsinin 40-cı Polis bölməsində Cinayət Axtarış üzrə əməliyyat müvəkkili
vəzifəsində xidmət edir. 30 oktyabr 2021-ci il tarixdə Binəqədi rayon Polis İdarəsinin 40-cı
Polis bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək
üzərində gəzdirməsi ilə bağlı mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuş, həmin
məlumatın yoxlanılması məqsədi ilə raportla bölmənin rəhbərliyinə məruzə edilmiş və
bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul
edilmiş, əməliyyat tədbirinin keçirilməsinə dair qrupun təşkil edilməsi haqqında protokol
tərtib olunmuşdur. Həmin qrupa o, şöbənin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili polis
baş leytenantı Şahid2 daxil edilmişlər. Bundan sonra, həmin tarixdə saat 00:15-də birlikdə
əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu,
Xocasən qəsəbəsində yerləşən piyada keçidinin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs
həmin yerdə olduğu müəyyən edilmiş və ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını
bildirmiş və sonra ona hüquq və vəzifələrini izah etmişlər. Həmçinin Təqsirləndirilən şəxs
üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında, gəzdirməsində şübhəlü olduğu
bildirilmiş, bununla bağlı onlarla birlikdə 40-cı Polis bölməsinə getməsini təklif etmişlər.
Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə gəlmiş, bu barədə bölmənin
rəhbərliyinə raportla məruzə edilmiş, həmin faktın araşdırılması bölmənin təhqiqatçısı X2
həvalə olunmuşdur. Bundan sonra, onlar və inspektor krminalist Təqsirləndirilən şəxs
üzərinə şəxsi axtarış keçirilməsində iştirak etməyə dəvət olunmuş, təhqiqatçı tərəfindən
Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və ona hüquq və vəzifələri izah
olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçirilmiş,
təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan hər hansı bir
əşyanın olub-olmaması soruşulmuş və olduğu halda həmin əşyanın könüllü olaraq təqdim
edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan
cibindən bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitəyə bənzər kütləni çıxardaraq
masanın üzərinə qoymuşdur. Bundan sonra, üzərinə axtarış davam etdirilmiş, lakin hər
hansı bir əlavə əhəmiyyət kəsb edən əşya aşkar edilməmişdir. Aşkar edilmiş bükümün
içərisinə baxılmış və içərisində spesifik iyli, qəhvəyi rəngli maddənin olduğu müəyyən
edilmişdir. Sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu bükümün içərisində
narkotik vasitə heroin olduğunu bildirib onun özünə məxsus olduğunu, həmin kütləni şəxsi
istifadəsi üçün tutulmazdan əvvəl 29 oktyabr 2021-ci il tarixdə saat 23:55 radələrində
Binəqədi rayonu Xocasən qəsəbəsində tanımadığı şəxsdən 150 manat müqabilində şəxsi
istifadəsi üçün aldığını bildirmiş, sonradan söhbət zamanı o, həmin narkotik vasitəni sosial
şəbəkədə tanış olduğu, adını bilmədiyi, özünü İran İslam Respublikasının vətəndaşı kimi
təqdim edən şəxsdən almasını dəqiqləşdirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni
Xocasən qəsəbəsində yerləşən piyada keçidinin yaxınlığında gizlədildiyi yerdən
götürdüyünü göstərmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və onun iştirakı ilə şəxsi
axtarış keçirilən zaman Təqsirləndirilən şəxs qarşı hər hansı bir zor və təzyiq edilməmişdir.
Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, Təqsirləndirilən
şəxs telefonuna baxan zaman telefonun “Whatsapp”ında narkotik vasitələrin satışına dair
mesajlar aşkar edilmişdir.
Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu
ifadə
verərək
Şahid1
ifadəsində
göstərdiyi,
Təqsirləndirilən
şəxs
telefonunun
“Whatsapp”ında narkotik vasitələrin satışına dair mesajların aşkar edilməsinə dair
məqamlar istisna olmaqla digər xüsusatlatı tam təsdiq etdi.
Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı,
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə
uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş
ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir.
Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30.10.2021-ci il tarixli
raportdan görünür ki, xx xxxx 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 2
ünvanında qeydiyyatda olan və ünvan 3da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq
üzərində narkotik vasitələr gəzdirməsi bildirirlir (iş vərəqi 3).
İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməliyyat-axtarış tədbirlərinin
həyata keçirilməsinə dair 30.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs
ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara
alınmışdır (iş vərəqi 4-5).
İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 30.10.2021-ci il tarixli
raportdan görünür ki, 30 oktyabr 2021-ci il tarixdə Binəqədi RPİ-nin 40-cı PB-nin
əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz
olaraq narkotik vasitələr gəzdirməkdə şübhəli bilinən xx xxxx 1991-ci ildə Sumqayıt
şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 4nda yaşayan
Təqsirləndirilən şəxs tutulması üçün onun hərəkətləri bir müddət müşahidə edildikdən
sonra 30.10.2021-ci il tarixdə saat 00:15-də Bakı şəhəri, Binəqədi rayonu, Xocasən
qəsəbəsi piyada keçidinin yaxınlığında olduğu zaman əlverişli şərait yarandığı üçün
saxlanılaraq Binəqədi RPİ-nin 40-ci PB-nə gətirilmişdir (iş vərəqi 9).
İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə
aparılması haqqında 30.10.2021-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 01:30-
da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra
Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf
sellofana bükülmüş bükümü, sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu
çıxardaraq masanın üzərinə qoymuşdur. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar
edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olumuş, o, 1 ədəd şəffaf
sellofana bükülmüş bükümün içərisində olan vasitənin heroin narkotik vasitə olduğunu
bildirmiş, ondan həmin bükülünü haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi
sual edildikdə narkotik vasitə istifadə etməsini, həmin bükümü 29.10.2021-ci il tarixdə
Binəqədi rayonu Xocasən qəsəbəsində sosial şəbəkə vasitəsi ilə tanış olduğu tanımadığı
şəxsdən öz istifadəsi üçün 150 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir (iş vərəqi
33-35).
İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə
ekspertizasının 30.10.2021-ci il tarixli, 6/4819 saylı rəyindən görünür ki, tədqiqata təqdim
edilmiş üzərində “...vət.Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki bir ədəd
bükümdə təmiz çəkisi 8,779 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış
narkotik vasitə heorindir. Aparılmış tədqiqatın dəyəri 81,82 (səksən bir manat səksən iki
qəpik) manat təşkil edir (iş vərəqi 41-45).
İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji
ekspertizasının 12.01.2022-ci il tarixli, 143 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs
opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi)
aşkar olunur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji
dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (iş vərəqi 115-116).
İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik
ekspertizasının 24.01.2022-ci il tarixli, 165 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs
hər hansı psixi xəstəlik əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs cinayət əməlini
törədən anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları
idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı
hesab edilmişdir. Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21-ci maddəsinin təsiri altına
düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai
təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır.
Təqsirləndirilən şəxs
məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqi 119-120).
İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş video diskə baxış keçirilməsi
haqqında 01.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə
aparılmış şəxsi axtarışın gedişatını özündə əks etdirən DVD diskdə olan videogörüntüyə
baxış keçirilmiş, baxış zamanı müəyyən olunur ki, Təqsirləndirilən şəxs əynində olan göy
rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü, sağ yan
cibindən bir ədəd “Samsung” markalı telefonu çıxarıb təqdim edir, sonra Təqsirləndirilən
şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildiyi, həmin şəxs
üzərində hər hansı başqa bir əşya olmadığını bildirdiyi, daha sonra Təqsirləndirilən şəxs
göy rəngli cins şalvarının və gödəkçəsinin ciblərini açması, corabları və ayaqqabısını
çıxardılması tələb olunduğu, onun şalvarının, gödəkçəsinin ciblərində və ayaqqabısında
hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmadığı, Təqsirləndirilən şəxs
üzərindən aşkar olunmuş həmin bükülülər iştirakçılar tərəfindən baxılaraq içərisindən kütlə
aşkar olunduğu, Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu
bildirdiyi, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Binəqədi rayonu Xocasən
qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 150 manat müqabilində aldığını
bildirdiyi aydın görsənmişdir. Bundan sonra həmin bir ədəd büküm içərisində olan narkotik
vasitəyə bənzər kütlənin çəkisini və tərkibini müəyyən etmək məqsədi ilə ekspertiza
tədqiqatına göndərilməsi üçün boş zərfə qoyularaq qablaşdırıldığı və zərifin içərisinin boş
olması əvvəlcədən göstərildiyi, həmin zərfin üzəri möhürləndiyi və iştirakçılar tərəfindən
imzalandığı müəyyən edilmişdir (iş vərəqi 89-90).
İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş mobil telefon cihazının yaddaşına
baxış keçirilməsi haqqında 01.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən
şəxs 30.10.2021-ci il tarixdə Binəqədi RPİ-nin 40-ci PB-də şübhəli şəxs qismində
saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı ondan götürülmüş bir ədəd
“Samsung” markalı “**********08431, **********07439” imei-kodlu mobil telefon cihazının
yaddaşında olan bütün fayllara baxış zamanı telefon cihazının yaddaşında istintaq üçün
sübut əhəmiyyət kəsb edən fotoşəkillər, səs və videoyazmalar aşkar edilməmişdir (iş
vərəqi 91).
İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2021-ci il tarixli
qərarından görünür ki, Azərbaycan Respublikası DİN Binəqədi rayon Polis İdarəsinin 40-cı
Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 “Əməliyyat-axtarış tədbirlərinin həyata
keçirilməsinə dair” 30.10.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir (iş vərəqi 102-
103).
Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş
Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən
şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqi 104).
İşdə olan Binəqədi RPİ-nin 40-cı PB-nin 06.01.2022-ci il tarixli, 060-1221-841 saylı
məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbulu və satışı
ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə etməsi
müəyyən olunsa da, narkotik vasitəni hansı mənbədən əldə etməsi, narkotik maddələri
satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır (iş vərəqi 113).
İşdə olan sübutların qiymətləndirilməsi haqqında 03.02.2022-ci il tarixli qərardan
görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2021-ci il tarixdə üzərinə videoçəklişlə
keçirilmiş şəxsi axtarış və götürmə keçirilməsinə dair görüntüləri əks etdirən 01 ədəd video
disk və Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 8,779 qram (qalıq qalmış 8,729
qram) heroin cinayət iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi
tanınmış, disk iş materiallarına əlavə edilmiş və qalıq qalmış heroin saxlanılması üçün
Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqi 123-132).
İşdə olan cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması və icraata
qəbul edilməsi barədə 03.02.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs
kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi
üçün ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin
234.4.1 və 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi icraata ayrılmışdır (iş vərəqi
133-134).
İşdə olan 07.01.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, xx.xx.1991-ci ildə
Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının
vətəndaşı, fərdi işlə məşğul olan, məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda
olan və ünvan 4nda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisidir.
Yaşadığı ərazinin sakinləri arasında müsbət qarşılanmayan şəxsdir. Təqsirləndirilən şəxs
barəsində son illərdə yaşadığı yerin sakinləri tərəfindən hüquq-mühafizə orqanlarına hər
hansı ərizə, şikayət daxil olmamışdır (iş vərəqi 114).
Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin
hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
"İnsan
hüquqlarının
və
əsas
azadlıqların
müdafiəsi
haqqında"
Avropa
Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı
irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə,
ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
“X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21
iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı
maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma
predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli
məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi
şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək
deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin,
ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə
bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə
prosesində tədqiq edilməlidir.
Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə
prosesində tam şəkildə təmin olunmuşdur.
Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün
sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz
arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin
seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermək imkanı yaradılmış və ona qarşı irəli sürülmüş
ittihamı mübahisələndirmişdir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin
tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv
yoxlanılmalıdır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü
maddələrinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə
qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə
ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim
qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv
baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə
əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları,
cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə
cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən
edilməlidir.
“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə
dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət
əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli
araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət
əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə
təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin
cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal
təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli
olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb
ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun
qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin
pozulmasına gətirib çıxara bilər.
Həmin Qərarda eyni zamanda qeyd edilir ki, cinayətin tövsifi dedikdə törədilən
konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə
tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual
sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət
hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif
Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət
qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən
mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün
təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki
hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun
məzmununun izah edilməsini tələb edir.
“Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi
haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik
vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi
üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı
hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi,
mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün
hərəkətlər başa düşülür.
Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop
maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin
idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün
hərəkətlər başa düşülür.
Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi
üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə,
poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr
olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin
dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür.
Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik
vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi
maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür.
“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və
psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət
məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin
miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə
əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil
edir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin,
psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət
işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu
bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci
maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma
deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama,
hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət
məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış
məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün
mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması
müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə
əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi,
onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət
Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv
yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü,
mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək
Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir.
Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında
müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan
mənbədən narkotik vasitə heroin əldə etmişdir. Bundan sonra o, əldə etdiyi külli miqdarda,
ümumilikdə 8,779 qram çəkidə narkotik vasitə heroini üzərində saxlamış və daşımışdır.
Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır.
Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığından görünür ki, ibtidai
istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olub-
olmamasını, əldə etdiyi narkotik vasitəni satış məqsədilə üzərində saxlamasını
ayndılaşdırmaq məqsədi ilə əməliyyat orqanına müraciət edilmişdir. Əməliyyat orqanının
cavabından isə görünür ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbulu və
satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə
etməsi müəyyən olunsa da, narkotik vasitəni hansı mənbədən əldə etməsi, narkotik
maddələri satdığı şəxslərin dairəsinin müəyyən edilməsi mümkün olmamışdır.
Göründüyü kimi, əməliyyat tapşırığına verilən cavabdan da aydın olur ki,
təqsirləndirilən şəxsin dəqiq olaraq hansısa şəxsə narkotik vasitə satması müəyyən
edilməmişdir.
Məhkəmə belə qənaətə gəlir ki, əməliyyat tapşırığına dair verilmiş cavab formal
xarakter daşıyır. Belə ki, həmin cavabda təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş
narkotik vasitəni hər hansı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək qanunsuz olaraq
məhz satış məqsədilə əldə edib-etmədiyi barədə dəqiq məlumatı təsdiq edə biləcək heç
bir müddəa yoxdur.
Məhkəmənin gəldiyi həmin nəticə həmçinin onunla təsdiq olunur ki, əməliyyat
tapşırığına cavab verən Binəqədi RPİ-nin 40-cı Polis bölməsinin rəisi, eyni zamanda
təqsirləndirilən şəxs barəsində tərtib etdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs narkotik
vasitənin yalnız aludəçisi olduğunu qeyd etmiş, onun narkotik vasitələrin satışı ilə məşğul
olması barədə heç bir məlumat yazmamışdır.
Bundan başqa, əməliyyat tağşırığına 06.01.2022-ci il tarixdə verilən cavabdan sonra
təqsirləndirilən şəxs bir dəfə, yəni 03.02.2022-ci il tarixdə müstəntiq tərəfindən dindirilmiş,
lakin əməliyyat tapşırığına verilən cavabda qeyd edilmiş, onun əvvəllər narkotik vasitənin
satışı ilə məşğul olmasının aydınlaşdırılması üçün təqsirləndirilən şəxsə ümumiyyətlə sual
verilməmişdir.
Bundan başqa, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə istintaqında
tədqiq edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin narkotik vasitələr satması, bu
istiqamətdə üçüncü şəxslərlə əlaqəyə girməsi, başqa sözlə, narkotik vasitə və psixotrop
maddələrin qanunsuz alqı-satqısına yönəlmiş hərəkətlərin icrasını təsdiq edən heç bir
sübut yoxdur.
Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, əməliyyat tapşırığına dair verilmiş
qeyri-müəyyən və formal cavab əsasında təqsirləndirilən şəxsin həqiqətən də narkotik
vasitələrin satışı ilə məşğul olması və ya üzərində aşkarlanmış vasitəni hər hansı şəxslə
əlbir olub cinayət əlaqəsinə girərək qanunsuz olaraq satış məqsədi ilə əldə etməsinə
nəticəsinə gəlmək mümkün deyildir.
Odur ki, məhkəmə əməliyyat tapşırığına dair verilmiş qeyri-müəyyən və formal
cavabı təqsirləndirilən şəxsin hər hansı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək
qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə etməsi nəticəsinə gəlməsi üçün
kifayət hesab etmir.
Təqsirləndirilən şəxs telefonunun “Whatsapp”ında narkotik vasitələrin satışına dair
mesajların aşkar edilməsinə dair Şahid1 məhkəmədə verdiyi ifadəsinə isə məhkəmədə
tənqidi yanaşır və həqiqəti əks etdirməyən hal kimi qəbul edir. Belə ki, şahidin həmin
ifadəsi təqsirləndirilən şəxsin mobil telefon cihazının yaddaşına
baxış keçirilməsi
haqqında 01.11.2021-ci il tarixli protokolla tam təkzib olunur. Belə ki, həmin cihaza
keçirilmiş baxış nəticəsində müəyyən edilmişdir ki, mobil telefon cihazının yaddaşında
istintaq üçün sübut əhəmiyyəti kəsb edən fotoşəkillər, səs və videoyazmalar aşkar
edilməmişdir.
Bununla yanaşı, 30 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən külli
miqdarda narkotik vasitə heroinin aşkar edilməsi məhkəmə istintaqında tam şəkildə öz
təsdiqini tapmışdır.
Məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs külli miqdarda
narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və
niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən
edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır.
Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs tutulmasından əvvəl onun
hərəkətlərini, tutulma şəraitini və tutulması üçün səbəbləri ayrı-ayrılıqda və məcmu halda
təhlil edilməsini vacib hesab edir.
İlk növbədə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tutulanadək onun narkotik
vasitələrin satışı ilə məşğul olması, habelə onun tərəfindən satış məqsədi ilə narkotik
vasitələrin əldə edilməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Məhkəmə
istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik
vasitələri əldə edib üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatının daxil
olmasını bildirmişlər. Yəni onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə
əməliyyat məlumatı olmamışdır. Başqa sözlə, 30 oktyabr 2021-ci il tarixədək əməliyyat və
istintaq orqanında Təqsirləndirilən şəxs kiməsə dövriyyəsi qadağan olunmuş narkotik
vasitələri satması barədə yoxlanılmış və dəqiq məlumat olmamışdır. Qeyd edilən hallar
cinayət işinin mübahisəsiz hallarıdır.
Məhkəmə hesab edir ki, hər hansı bir şəxsin hər hansı digər şəxslə əlbir olub cinayət
əlaqəsinə girərək qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə etməsi və
dövriyyəsi qadağan olunmuş həmin əşyanın satışı ilə məşğul olması mütləq qaydada
mötəbər sübut və ya sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sms
yazışmaları, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Şəxsin üzərindən
külli miqdarda narkotik vasitə heroinin aşkarlanması özü-özlüyündə onun həmin maddənin
satışı ilə məşğul olmasını, eləcə də onun tərəfindən həmin maddəni satış məqsədi ilə əldə
edilməsini təsdiq etmir.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ağır
cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq
dövründə onun kiminlə cinayət əlaqəsinə girərək narkotik vasitənin satışı ilə məşğul
olması, narkotik vasitənin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə
sövdələşməsi, narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi,
“müştəridən” narkotik vasitə ilə bağlı sifariş alması ilə əlaqədar hər hansı bir sübut əldə
edilməmişdir.
Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli
miqdarda narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə
30 oktyabr 2021-ci il tarixdə onun üzərindən külli miqdarda 8,779 qram çəkidə narkotik
vasitə heroinin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni hər
hansı şəxslə əlbir olub cinayət əlaqəsinə girərək qanunsuz olaraq məhz satış məqsədi ilə
əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki,
Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin narkotik vasitə heroini öz istifadəsi
üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır.
Cinayət işinin materiallarında olan rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin
qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.
Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə istintaqında şahid qismində
dindirilmiş polis əməkdaşları ayrı-ayrılıqda ifadələrində göstərmişlər ki, Təqsirləndirilən
şəxs polis bölməsində cibindən narkotik vasitə heroini çıxararaq polis əməkdaşlarına
təqdim edərkən həmin vasitədən öz istifadəsi məqsədini güddüyünü bildirmişdir.
Hazırkı cinayət işi üzrə şahid ifadələri də kifayət qədər ciddi sübutları təşkil edir. Belə
ki, şahid ifadələri əsasında da Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə külli miqdarda
narkotik vasitə heroini əldə etməsini, eləcə də qadağan olunmuş həmin maddənin satışı ilə
məşğul olmasını müəyyən etmək mümkün olmamışdır.
Qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki,
Təqsirləndirilən şəxs həqiqətən də onun üzərindən aşkar edilmiş narkotik vasitə heroini
məhz şəxsən istifadə etmək üçün qanunsuz olaraq əldə etmiş, üzərində saxlamış və
daşımışdır.
İbtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan belə nəticəyə
gəlmişdir ki, Təqsirləndirilən şəxs digər şəxslə əlbir olub cinayət əlaqəsinə girərək
qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə heroini əldə etmiş, saxlamış və
daşımışdır. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək
heç bir mötəbər sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə
etməmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs digər
şəxslə əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədini birbaşa təsdiq edən sübutları
əldə etmədən, başqa sözlə, lazımi sübutları toplamadan ona ağır cinayətin törədilməsi ilə
bağlı ittiham irəli sürmüşdür.
Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət
Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlə bağlı ittiham
irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm
ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs
irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə heroini çəkisi, yəni külli
miqdarda olması təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs şübhəli şəxs
qismində tutulduğu andan ibtidai istintaqın sonunadək eyni məzmunlu ifadələr verərək,
bildirmişdir ki, ondan aşkar edilmiş narkotik vasitə heroin ona məxsus olmuşdur. Lakin
onun həmin vasitəni satmaq kimi məqsədi olmamışdır. Təqsirləndirilən şəxs eyni
məzmunlu ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə
almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın
əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir.
Təqsirləndirilən şəxs narkotik vasitə heroinin digər şəxslə əlbir olub cinayət əlaqəsinə
girərək satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir sübutun olmadığı halda,
onun tərəfindən məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi, saxlanması və
daşınması qənaətinə gəlmək mümkün deyil. Əks yanaşma təqsirləndirilən şəxsin
hüquqlarının ciddi şəkildə pozulmasına, o cümlədən onun törətmədiyi cinayət əməlinə
görə məsuliyyətə cəlb edilməsinə və daha ağır şəkildə cəzalanmasına yol açar bilər. Bu
isə həm ədalətsiz, həm də yolverilməzdir.
Cinayət mühakimə icraatında ədalət mühakiməsinin həyata keçirilməsi zamanı
məhkəmələrin üzərinə düşən başlıca vəzifələrdən biri məhz təqsirləndirilən şəxs
tərəfindən törədilmiş əməlin düzgün tövsif edilməsidir. Əməlin düzgün tövsif edilməsi üçün
əsas isə yalnız qanun əsasında toplanılmış sübutlardır. Məhkəmə istintaqında tədqiq
edilmiş və obyektiv araşdırılmış sübutlar əsasında Təqsirləndirilən şəxs məhz satış
məqsədi ilə narkotik vasitəni əldə etməsini, üzərində saxlamasını və daşımasını müəyyən
və təsdiq etmək mümkün olmadı.
Başqa sözlə, məhkəmə ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən
şəxsə qarşı irəli sürülmüş ittihamla qəti şəkildə razılaşmır və hesab edir ki, təqsirləndirilən
şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil.
Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən
şəxsin digər şəxslə əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədi ilə narkotik vasitə
heroini əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər
sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimal və şübhələrinə əsaslanmışdır. Həmin
şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir.
Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin
Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit
olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı
şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına
uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan
qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin
tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan
qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir.
Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli
olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə
kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır.
Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü
ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin
təqsiri sübuta yetirildiyi halda çıxarılır.
Cinayət-Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham
hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən
şübhələri onun xeyrinə şərh edir.
Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü
maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün
əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət
məsuliyyəti yaradır.
Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün
hallara
və
sübutlara
hüquqi
qiymət
verərək
və
həmin
sübutların
ittihamın
qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki,
Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci
maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən
baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin
törədilməsində o, təqsirlidir. Ona görə də təqsirləndirilən şəxsin əməli Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalıdır.
Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış
cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir.
Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət
məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə
əsasən - məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat
materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli
sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində
məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə
tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq
hüququna malikdir.
Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə
cəzalandırılmalıdır.
Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai
təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş
cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq
cəza məsələsini də həll etmişdir.
Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb
olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsində nəzərdə
tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir.
Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə
əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət
törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər
ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun
törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun
olmalıdır.
Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası,
məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni
cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında
nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir.
Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki,
Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi
rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə
törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum
olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən
edilir.
Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi
həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı
vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə
qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə
saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması
zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində
aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən
ona təyin olunmuş cəza müddətinə daxil edilir.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə
əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan
məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
İşdə olan protokoldan və məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs
30 oktyabr 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 31 oktyabr 2021-ci il tarixdə
barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmiş,
01 noyabr 2021-ci il tarixdə
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə
barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 oktyabr 2021-ci il
tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş
vərəqi 28, 59-60, 84-88).
Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə,
Təqsirləndirilən şəxs tutlduğu bir gün ona təyin ediəcək cəzadan çıxılmalı, cəza
çəkməsinin başlanğıcı onun həbs edildiyi 01 noyabr 2021-ci il tarixdən hesablanmalı,
barəsində
seçilmiş
həbs
qətimkan
tədbiri
hökm
qanuni
qüvvəsini
alanadək
dəyişdirilməməlidir.
Bundan başqa, cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının rəyinə
əsasən, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi
müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən
məhkəmə hesab edir ki, hazırkı məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə
maddi sübut olan və Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin saxlanc anbarında
saxlanılan ekspertiza tədqiqatından sonra təmiz çəkisi 8,729 qram qalmış narkotik vasitə
heroin məhv edilməli, şəxsi axtarış və götürmə keçirilməsinə dair görüntüləri əks etdirən
01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci
maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə
ekspertizası ilə əlaqədar 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində
məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
İş üzrə mülki iddia verilməmişdir və xüsusi müsadirə edilməli olan əmlak yoxdur.
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin
344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Dostları ilə paylaş: |