Kanadada özəl subyektlər tərəfindən törədilən işgəncə və pis rəftar
2011-ci ildə Kanada Universitet Qadınları Federasiyasının (KUQF) 110 Klubu Kanada Hökumətini özəl subyektlər tərəfindən törədilən işgəncə üçün xüsusi cinayət cəzasını təyin etməyə vadar etmişdir.
Kanadanın Cinayət Məcəlləsi Dövlət subyektləri tərəfindən işgəncə törədənləri cavabdehliyə cəlb edir. Məişət zorakılığı halları kimi özəl şəxslər tərəfindən törədilən eyni işgəncə əməllərindən fərdi şəxslər zərər çəkdikdə bu şəxslər işgəncə cinayəti üçün məsuliyyətə cəlb olunmur.
2012-ci ilin aprel ayında KUQF İşgəncə əleyhinə Komitəyə (İƏK) qeyri-rəsmi məruzə təqdim etmişdir. KUQF üzvləri Komitənin Cenevrədə keçirilmiş may sessiyasında iştirak etmişlər. “Biz eşitdik ki, Komitə Kanada Hökumətinin nümayəndələrinə bəyan etmişdir ki, qeyri-Dövlət subyektləri tərəfindən işgəncə əməlləri törədildikdə gender əsaslı zorakılığın bəzi formaları işgəncənin təzahürü olub, İşgəncə və Digər Qəddar, Qeyri-İnsani və ya Ləyaqəti Alçaldan Rəftar və ya Cəza əleyhinə Konvensiyaya aid edilir. Bu, gender bərabərliyi, qeyri-Dövlət subyektləri tərəfindən törədilən işgəncəyə məruz qalmamaq üçün qadın və qızların ayrılmaz insan hüquqları xeyrinə olan qələbə idi. İƏK-in yekun qeydi bizim üçün böyük bir sıçrayış olmuşdur ki, biz də öz işimizdə bundan yararlana bildik”, deyə KUQF-nın iki üzvü şərh etmişdir. Komitənin Yekun Qeydlərinin davamı olaraq, KUQF Qadınların Statusu üzrə Komissiyaya yazılı bəyanat təqdim etmiş, özəl subyektlər tərəfindən törədilən işgəncə və pis rəftar haqda İƏK-in yekun qeydinə əsaslanaraq, Kanadanın UDİ üçün müraciətin verilməsini dəstəkləmişdir.
İnsan hüquqları mexanizmlərinin iş dövrünün əvvəlki mərhələlərində iştirak edən və ya etməyən VCİ-ları aşkar etmişlər ki, insan hüquqları sahəsində onların öz məqsədləri ilə əlaqədar olan mövcud tövsiyyə və əldə edilən məlumatların müəyyən edilməsi ilə onların prioritetləşdirilməsi real icra planlarının hazırlanması baxımından mühüm addımdır.
Dostları ilə paylaş: |