VCİ koalisiyaları vasitəsilə insan hüquqları mexanizmlərinin işində iştirak çox zaman müsbət nəticələr vermişdir. Buna aşağıdakı misallar daxildir:
Tövsiyyələrin Koalisiya tərəfindən müəyyən edilmiş prioritetləri əks etdirməsi ehtimalı ilə insan hüquqları mexanizmlərinə daha əhatəli sənədlərin təqdim edlməsi.
Daha səmərəli iştirakla və monitorinqlə nəticələnən ixtisas, resurslar və təcrübəyə uyğun olaraq koalisiyanın üzv təşkilatları arasında əmək bölgüsü (məs., bəzi təşkilatlar vəkillik və ya məlumatlandırmanın artırılmasına, digərləri monitorinqə, məlumatların, o cümlədən texniki məlumat və informasiyanın toplanması və təhlil edilməsinə diqqət yönəldəcək, digərləri insan hüquqlarının pozulmasının qurbanlarına yadım göstərəcək, onların səsinin və ifadələrinin eşidilməsinə kömək edəcəkdir).
VCİ-lar arasında daha yaxşı iş münasibətləri, əməkdaşlıq və vəhdətlik. Bu, xüsusilə də VCİ-lər təhlükəyə məruz qaldıqda mühüm əhəmiyyət daşıyır.
İnsan hüquqları mexanizmləri, Dövlət qurumları və digər iştirakçı tərəflərlə (məs., diplomatik missiyalar, milli insan hüquqları qurumları) üzbəüz mesaj və məqsəd vəhdətliyi ilə koalisiyanın nüfuz və etibarının artması.
Kiçik VCİ-ların məsələləri koalisiyalar vasitəsilə ötürüləndə daha çox diqqət cəlb edir.