Tərəfdaşlıq
Monitorinq və insan hüquqlarının həyata keçirilməsi istiqamətində tərəfdaşlarla iş strateji dəyərə malik ola bilər.
Keçmişin təcrübəsi göstərmişdir ki, BMT-nin insan hüquqları proseslərində iştirak etməklə VCİ-lər arasında yeni tərəfdaşlıqlar və proseslər üçün imkanlar açıla bilər. Bu imkanlardan istifadə və bu tərəfdaşlıqların əksəriyyətinin qurulması ilə əldə edilən nəticələrin sayı arta bilər. Tərəfdaşlıqlar qurularkən tərəfdaşların müxtəlifliyi bütün perspektivlərin nəzərə alınması baxımından vacibdir.
Tərəfdaşlarla bir çox səviyyədə iş aparıla bilər: onlardan bəziləri eyni məqsədləri bölüşə bilər, bəzilərinin resurslar, xüsusi səriştə və ya geniş əlaqə şəbəkəsi ola bilər; digər səlahiyyətli orqanlar ola bilər və ya onlara təsir edə bilər.
Əsas iştirakçıların onların verə biləcəyi töhfə, o cümlədən risklər və həmlələr strategiyanın hazırlanması və rolların müəyyən edilməsi üçün bazadır. Natamam siyahıda VCİ-lərin müxtəlif tərəfdaşlıq formaları və aşağıdakılarla əməkdaşlıq sahəsində təcrübəsi vardır:
20
-
Tematik şəbəkələr;
-
Dövlət strukturları, o cümlədən Parlament və Parlamentin müvafiq komissiyaları;
-
Ölkə səviyyəsində insan hüquqları qurumları;
-
Beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT və İHAK yerdə iştirakı;
-
Elmi müəssisələr; və
-
İ
21
nsan hüquqları mexanizmləri.
Dostları ilə paylaş: |