İcranın izlənməsi nə deməkdir və nə üçün vacibdir?
İcranın izlənməsi hər kəsin bütün insan hüquqlarına daha çox hörmət bəslənməsi, onların qorunması və həyata keçirilməsi üçün insan hüquqları sahəsində mexanizm və qurumların verdiyi tövsiyyə və qərarların icra olunduğunu təmin etmək məqsədi güdür.
BMT-nin insan hüquqları sahəsindəki mexanizm və qurumları bütün dünya ölkələrində insan hüquqlarının həyata keçirilməsi prosesini təkmilləşdirməyə çalışır. İnsan Hüquqları Şurasının qətnamələri, İstintaq Komissiyalarının əldə etdiyi məlumatlar, saziş qurumlarının tövsiyyələri, xüsusi prosedurlar və Universal Dövri İcmal, fərdi hallarla bağlı saziş qurumlarının verdiyi qərarlarda məqsəd müdafiədə olan boşluqları aradan qaldırmaq, insan hüquqlarının tam şəkildə həyata keçirilməsinə doğru irəliləmək üçün Dövlətlərə və digər iştirakçı tərəflərə yol göstərməkdir. Bütün bu məlumatlar, tövsiyyələr və qərarlar hüquq subyektlərinin həyatını yaxşılığa doğru dəyişmək məqsədi güdür. Əsas öhdəlik bu dəyişikliklər üçün cavabdehliyin insan hüquqlarına hörmət etmək, onları qorumaq və həyata keçirmək vəzifəsi daşıyan Dövlətlərin üzərinə qoyulmasıdır. Hər bir halda, cəmiyyətin bütün üzvlərinin, fərdlərdən tutmuş özəl sektoradək, beynəlxalq icma və VCİ-ların insan hüquqlarının həyata keçirilməsində rolu vardır. Xüsusilə də vətəndaş cəmiyyəti insan hüquqları üzrə tövsiyyələrin həyata keçirilməsində vacib rol oynaya bilər.
3
İzləmə tədbirləri üzrə mərhələlərin icmalı
Follow-up by civil society
4
Dostları ilə paylaş: |