İnsan hüquqları mexanizmlərinin izləmə prosedurları və təcrübələri Hökumətlərlə əməkdaşlığa, eləcə də VCİ iştirakına güvənir. Təlimatların növbəti bölməsində mövcud izləmə prosedurları və təcrübələri təsvir edilir.
32
İzləmə prosedurları və insan hüquqları mexanizmləri ilə bağlı təcrübələr
İnsan hüquqlarına dair verilmiş tövsiyələrdən sonra baş vermiş dəyişikliyin qiymətləndirilməsi, insan hüquqları mexanizmlərinin prosedur altında olan ölkəni araşdırmasından sonra nələrin baş verdiyi haqda məlumatın əldə edilməsi, BMT insan hüquqları arxitekturasının yerlərdəki təsirinin başa düşülməsi insan hüquqları mexanizmlərinin əsas marağı və məqsədidir. Təsis olunduqları dövrdən etibarən bu mexanizmlər dərk etmişdirlər ki, onların əhəmiyyəti həyata keçirə və ya təşviq edə biləcəkləri müsbət dəyişiklikdən ibarətdir. Müsbət dəyişikliyin sübutu onların effektivliyinin sübutudur. Bu “sübut axtarışı” hər bir mexanizmin özü üçün hazırladığı müxtəlif izləmə formalarının yaradılması ilə nəticələndi. Bəziləri bir neçə saziş qurumlarının yekun qeydləri üçün nəzərdə tutulan izləmə proseduru kimi ümumi qəbuledilmiş prosedurlar şəklində rəsmiləşdirilir. Digərləri ölkə səfərlərindən sonra Xüsusi Məruzəçilər tərəfindən hazırlanan izləmə hesabatları kimi ardıcıl təcrübələrdir. Başqa hallarda izləmə xüsusi hallar üçün nəzərdə tutulmuş təşəbbüs ola bilər, məsələn, insan hüquqlarına dair tövsiyələrin icrası ilə bağlı təcrübələrin mübadiləsi üçün regional seminar. Aşağıdakı bölmələrdə bu vasitələr daha ətraflı şəkildə təsvir olunur.
Dostları ilə paylaş: |