İxtiyari həbsə dair İşçi Qrupun məlumat bazası 2011-ci ildə başlanmış ixtiyari həbs üzrə İşçi Qrupun məlumat bazası 1991-ci ildən İşçi Qrupun qəbul etdiyi rəyləri axtarmaq üçün praktiki axtarış alətidir. Məlumat bazası rəylərin kəmiyyət və keyfiyyət baxımından təhlilini təşviq edir, İşçi Qrupa əsassız ixtiyari həbslə bağlı işin təqdim edilməsində ixtiyari həbsin qurbanlarına, vəkillərə və digər tərəflərə yardım göstərə bilir.23
Məcburi və ya könülsüz yoxolma hallarının izlənməsi Məcburi və ya könülsüz yoxolma üzrə İşçi Qrup ailələr və maraqlı Hökumətlər arasında kommunikasiya kanalını qurmağa çağırır. Mübahisəli olan hala dair mənbələrin təqdim etdiyi hər hansı mühüm əlavə məlumat aidiyyatı Hökumətə verilir. İşçi Qrupu yoxa çıxmış insanın aqibəti və ya yeri barədə Hökumətlərin cavabını mənbəyə göndərir, mənbəni müşahidənin nəticələri barədə məlumat və ya əlavə təfərrüatlar verməyə dəvət edir. Əgər mənbə altı ay ərzində cavab vermirsə və ya İşçi Qrup tərəfindən səbəbsiz hesab edilən əsaslarla Hökumətin informasiyasına etiraz edirsə, məsələnin aydınlaşdığı hesab edilir. Məsələ aydınlaşmayanadək, dayandırılanadək və ya məsələnin bağlanması üçün qərar verilənədək açıq qalır. İşçi Qrup hər müvafiq Hökumətə aydınlıq gətirilməli olan məsələləri ildə bir dəfə, əvvəlki sessiyadan sonra təqdim edilmiş və təcili tədbirin görülməsi tələb olunan bütün halları ildə üç dəfə xatırladır. Mümkün halda və müraciət əsasında İşçi Qrup maraqlı Hökumətə və ya mənbəyə konkret hallara dair yeni informasiya təqdim edir.24