Kolumbiyada UDİ-nin icrası haqda İnsan Hüquqları Şurasına hesabatvermə Kolumbiyanın Hüquqşünaslar Komissiyası UDİ-yə həsr olunmuş 6-cı maddə ilə ümumi debatlar zamanı İnsan Hüquqları Şurasına müntəzəm şəkildə məlumat vermişdir. Son məlumatlar vasitəsilə Kolumbiya Komissiyası UDİ tövsiyyələrinə əməl olunması sahəsində Kolumbiya Hökumətinin əldə etdiyi tərəqqiyə dair məlumat verir.
Vətəndaş cəmiyyəti necə iştirak edə bilər?
İştirakçı tərəflərin verdiyi hesabatın icmalına daxil ediləcək informasiyanı təqdim edərkən Dövlətin ilk silsilənin tövsiyyələrinə necə əməl etdiyinin və ya etmədiyinin təhlilini daxil etmək vacibdir.
VCİ-lər Dövlətin icra istiqamətindəki tərəqqisinin təhlili barədə nəzarətçi Dövlətləri, xüsusilə də ilk icmal zamanı tövsiyyələri hazırlamış Dövlətləri məlumatlandıra bilər.
ECOSOC məsləhətləşmə statusu olan QHT-lər gündəliyin 6-cı maddəsi ilə İnsan Hüquqları Şurasına yazılı və şifahi bəyanatlar verə bilər, məqsəd Dövlətlərin UDİ tövsiyyələrinə əməl etməsində olan tərəqqi və dəyişikliklər barədə son məlumatları təqdim etməkdir.
Bu qurumlarda vətəndaş cəmiyyətinin iştirakı ilə bağlı təlimat üçün xahiş edirik İHAK-ın vətəndaş cəmiyyəti üçün təlimatlarına – Birləşmiş Millətlər Təşkilatının insan hüquqları proqramı ilə iş və Universsal Dövri İcmala dair Praktiki Təlimatlara baxın.28