Universal İnsan Hüquqları İndeksi Universal İnsan Hüquqları İndeksi3 saziş qurumlarından, xüsusi prosedurlardan və UDİ-dən tövsiyyələri toplayan onlayn rejimli məlumat bazasıdır. İndeks istifadəçilərə saziş qurumunun, xüsusi prosedurlar və UDİ üzrə tövsiyyələrə Dövlət, hüquq, qurum, qurban, vaxt çərçivəsi, və UDİ üzrə tövsiyyə edən Dövlət(lər), nəzərdən keçirilən Dövlətin mövqeyi və sessiya kimi bir sıra kateqoriyalara çıxışı və onların araşdırılması üçün şərait yaradır. Bir neçə düyməni basmaqla axtarış edən şəxslər istənilən xüsusi vəziyyətdə insan hüquqlarının həyata keçirilməsi ilə bağlı BMT qurumlarının və vəziyyətə dair mexanizmlərin qiymətləndirməsinə nəzər yetirə bilərlər. Bu, BMT-nin insan hüquqları barədə külli miqdarda sahib olduğu informasiyanı daha şəffaf və müyəssər edir.
Mərkəzi Asiyada tövsiyyələrin qruplaşdırılması Qırğızıstanda İHAK-ın Mərkəzi Asiya üzrə Regional Ofisi insan hüquqları üzrə BMT mexanizmlərinin tövsiyyələrini, o cümlədən saziş qurumlarının, xüsusi prosedurlar və UDİ-dən doğan tövsiyyələri hüquq üzrə qruplaşdıran icmalın hazırlanmasında elmi müəssisəyə dəstək göstərmişdir. Tövsiyyələrin həyata keçirilməsi üçün işlərin planlaşdırılması zamanı bu təməl kimi xidmət etmişdir.4