Fərdi şikayətlərə dair qərarların izlənməsi
İnsan hüquqları üzrə saziş qurumları müəyyən vəziyyətdə fərdi şikayətləri və ya məlumatları nəzərdən keçirir18. Bu prosedura əsasən, spesifik müqavilə çərçivəsində hüquqlarının pozulduğunu iddia edən istənilən fərd müqavilənin iştirakçısı olan və saziş qurumunun fərdi şikayətləri nəzərdən keçirmək səlahiyyətini qəbul edən Dövlətdən saziş qurumuna şikayət edə bilər. İlk növbədə şikayət münasiblik şərtləri əsasında qiymətləndirilir. Əgər şikayət münasib hesab edilirsə, şikayət mahiyyəti etibarilə nəzərdən keçirilir və saziş qurumu müqavilənin hansısa şərtinin pozulub-pozulmadığı haqda qərar qəbul edir. Əgər saziş qurumu şikayətçi(lər)nin hüququnun pozulduğu haqda qərar qəbul edirsə, o, adətən altı aylıq dövr ərzində Dövlətdən saziş qurumunun qərarının həyata keçirilməsi üçün gördüyü tədbirlər haqda məlumat verməsini tələb edir. Bundan sonra Dövlətin cavabı şikayətçi(lər)yə ötürülür ki, bu zaman şikayətçi Dövlətin verdiyi məlumat haqda öz qeydlərini təqdim edə bilər.
36
Bəzi saziş qurumları, xüsusən İnsan Hüquqları Komitəsi, İşgəncələr Əleyhinə Komitə, İrqi Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitə və Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitə öz qərarlarının icrasına nəzarət etmək üçün prosedurlar müəyyən etmişdirlər. Belə prosedurlar qərarların icrasını izləməyə məsul olan məruzəçinin təyin olunmasından ibarətdir. Onlar müəyyən dövr üçün və ya Qadınlara qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitənin nümunəsində olduğu kimi spesifik məsələləri izləmək üçün təyin olunurlar. Qərarların icrası ilə bağlı görülmüş tədbirlər haqda Dövlətin cavabları qeyri-qənaətbəxş olduğu zaman və ya göndərilmədiyində, məruzəçi iştirakçı Dövlətin diplomatik nümayəndələri, adətən Cenevrə və ya Nyu-Yorkdakı daimi missiyalarının diplomatları ilə məsələni müzakirə edə bilər.
Dostları ilə paylaş: |