VCİ-lərin fərdi şikayətlərə cəlb olunduğu hallarda (məsələn, şikayətçiyə saziş qurumuna müraciət etməkdə yardım ediblər) onlar qərarın necə icra olunduğu haqda məlumat verə bilərlər.
İnsan hüquqları ilə bağlı qərarların icrasının qiymətləndirilməsi 2010-cu ildə Open Society Justice İnitiative “Məhkəmə qərarından ədalətə - İnsan hüquqlarına dair beynəlxalq və regional qərarların icrası” adlı hesabat dərc etmişdir ki, hesabatda beynəlxalq və regional insan hüquqları qurumlarının, yəni BMT-nin saziş qurumlarının, Afrika, Avropa və İnter-Amerika sistemlərin qərarlarının icrası ilə bağlı problemlər tədqiq olunur. Məruzədə hesab olunur ki, ötən 25 il ərzində əldə olunmuş nailiyyətlərə baxmayaraq, bütün bu sistemlər öz qərarlarının yerlərdə dəyişikliklərə çevrilməsində əngəllərlə üzləşirlər. Bir çox hallarda böyük əhəmiyyət daşıyan qərarlar mühüm islahatların həyata keçirilməsinə gətirib çıxarmamışdır.
S
37
aziş qurumlarının qərarlarının icrasını təhlil edərkən, hesabatda belə bir nəticəyə gəlinir ki, “ümumən qərarların uğurlu icrası siyasi həyatda mövcudluğun yüksək səviyyədə olduğu hallarda və qanunun aliliyi üzrə mütərəqqi ənənələrin mövcud olduğu ölkələrə münasibətdə mümkün olmuşdur. İcranın baş verdiyi yerlərdə bu, çox vaxt komitələrin izləmə səylərini tamamlamağa və digər daxili təzyiq alətlərini tətbiq etməyə müvəffəq olan güclü vətəndaş cəmiyyətinin mövcudluğu səbəbindən mümkün olur”.