İzləmə hesabatları. Xüsusi proseduraların mandatına malik səlahiyyətli nümayəndələr Hökumət, milli insan hüquqları institutları və vətəndaş cəmiyyəti tərəfindən təqdim olunmuş məlumat əsasında izləmə hesabatları dərc edirlər. Məcburi və ya qeyri-ixtiyari yoxaçıxmalar üzrə İşçi Qrup, işgəncə üzrə Xüsusi Məruzəçi, məhkəmədən kənar, mühakiməsiz və ya özbaşına edam halları üzrə Xüsusi Məruzəçi, insan hüquqları və ifrat yoxsulluq üzrə Xüsusi Məruzəçi və din və etiqad azadlığı üzrə Xüsusi Məruzəçi tərəfindən ölkə səfərlərindən sonrakı izləmə hesabatları ilə bağlı maraqlı təcrübələr işlənib hazırlanmışdır.