-
Bu bölmədə keçmişin təcrübəsinə dair bəzi əyani nümunələrlə birgə vətəndaş cəmiyyətinin monitorinqi üçün bəzi metod və fəaliyyət növləri qısa şəkildə təsvir edilir.
-
Bütün insan hüquqlarının həyata keçirilməsi insan hüquqları üzrə bütün BMT qurumlarının əsas məqsədidir. Əksər ölkələrdə səlahiyyətli orqanların siyasi iradəsindən tutmuş hüquq mühafizə orqanlarının rəftarı, vətəndaş cəmiyyətinin fəaliyyəti, məhkəmələrin qərarları və onların müstəqillik səviyyəsi, dini təşkilatların təsiri, hökumətdə dəyişiklik və s. kimi faktorların kombinasiyası üzrə tərəqqi baş verir. İHAK və BMT-nin insan hüquqları mexanizmləri hüquqların həyata keçirilməsinə doğru yolun çəkilməsində mühüm roy oynaya bilər.
İcra
Hansı mexanizmin daha böyük təsiri var? Xüsusi Prosedurlar üzrə mandat sahiblərinin ölkəyə səfəri? Universal Dövru İcmalda (UDİ) Dövlətlər ünvanlanmış tövsiyyələr və əlaqədar siyasi proseslər? Yoxsa saziş qurumunun fərdi şikayət üzrə verdiyi qərar? Bəlkə də bunların və daha artığının qarışığı?
7
İnsan hüquqları mexanizminin insan hüquqları sahəsində spesifik tematik məsələdə və/və ya ölkədə, region və ya müəyyən ərazidə nə kimi əlavə dəyəri ola bilər? İnsan hüquqları mexanizmlərində iştirak VCİ-ların prioritetlərinə, plan və potensialına necə uyğunlaşır?