Vətəndaş cəmiyyəti üçün izləmə dəsti, burada beş tövsiyyə edilən tədbir göstərilir: 1. UDİ tövsiyyələrinin və öhdəliklərinin ictimaiyyətə açıqlanması; 2. İcranın planlaşdırılması; 3. İcrada iştirak etmək üçün Dövlətlə dialoqa başlanması; 4. İcranın monitorinqi; və 5. İcraya dair hesabatvermə.29
Organisation internationale de la Francophonie UDİ tövsiyyələri və öhdəliklərinin icrasına dair Praktiki Təlimat nəşr etmişdir. İlk öncə Ölkələr üçün nəzərdə tutulan Təlimat nəzarət və icra funksiyalarının yerinə yetirilməsində Dövlət tərəfdaşları olaraq VCİ-lar da daxil olmaqla digər iştirakçı tərəflərə aiddir. Təlimat 10 mərhələdə icra planının yerinə yetirilməsi ilə icranın aparılmasını təklif edir:
Müvafiq məlumatların toplanması.
Mövzular üzrə qruplaşdırılması.
Tövsiyyələrdən irəli gələn gözlənilən tədbir və nəticələrin müəyyən edilməsi.
İcra tədbirlərinin müəyyən edilməsi.
Hər sektor üzrə inteqrə edilmiş metodun qəbul edilməsi.
Dövlət səviyyəsində icra üzrə cavabdehliklərin təyin edilməsi.
Ölkə səviyyəsində icraçı tərəfdaşların müəyyən edilməsi.
İcra üçün vaxt çərçivəsinin müəyyən edilməsi.
Potensial quruculuğu və texniki yardıma olan ehtiyacın və beynəlxalq səviyyədə icraçı tərəfdaşların müəyyən edilməsi.
İcra üçün nəzarət və qiymətləndirmə strategiyasının hazırlanması.30