Mövzu 9: Praksiologiya – fəaliyyət və dəyərlər haqqında təlimdir
Praksiologiya fəaliyyət və mənəvi dəyərlər haqqında fəlsəfi təlim kimi. Fəaliyyət insanın xarici aləmi məqsədyönlü şəkildə dəyişdirməyə yönəlmiş fəallığıdır. Fəaliyyətin ümumi quruluşu tələbat, motiv, məqsəd və vasitələrdən ibarətdir.
Fəaliyyətin əsas atributları subyektivlik və predmetlikdən, şüurluluq və məqsədyönlükdən ibarətdir.
Maddi və mənəvi-ruhi fəaliyyət. Fəaliyyət prosesi və onun nəticəsi maddi və mənəvi-ruhi fəaliyyətin vəhdətini təşkil edir.
Əmək insanın sərf etdiyi fiziki, həm də mənəvi-ruhi enerjisidir. Fiziki və əqli əmək bir çox ümumi cəhətlərə malikdir. Hər ikisi alətlərdən istifadəni, əvvəlcədən planlaşdırılmış nəticəni, insanın tələbatı ilə motivləşməsini və s. nəzərdə tutur.
Sərvət insan fəaliyyətinin nəticəsidir. Sərvət xassə deyil, fikir və düşüncə ilə gerçəklik arasında əlaqədir. İnsan üçün müsbət keyfiyyətlərə malik olan sərvətdir. Dəyərlərin təsnifatı, qnoseoloji, etik, estetik və dini dəyərlər.
Sərvətlərin dəyərlənməsinin strukturuna subyekt, predmet və dəyərləndirmə əsasları daxildir. Şərq və qərb regionlarının malik olduğu dəyərlər və onların qarşılıqlı münasibəti.
Dostları ilə paylaş: |