Form daxili əməliyyatlar. Post və Get metodları
Yaradılmış formlara istifadəçi tərəfindən daxil edilmiş məlumatları götürmək və başqa vacib
məlumatları əldə etmək üçün Post və Get metodlarından istifadə olunur. İlk öncə Get metodu ilə tanış olaq.
Get metodu. Bu metodla formdan məlumatları əldə etmək üçün yaratdığımız formanın method
atributuna «Get» yazmalıyıq. Əvvəlcə formanı yaradaq:
Formanı hazırladıq. Əməliyyatlar eyni səhifədə baş verəcəyi üçün formada action daxil etmirik. Burada yaratdığımız inputların adlarına xüsusi fikir vermək lazımdır, çünki, inputlara bu adlarla müraciət edəcəyik. Formanı yaratdıq. İndi isə inputa daxil olunmuş yazını ekrana yazmağa çalışaq. İnputa daxil olunmuş yazı, Get metodu ilə aşağıdakı şəkildə götürülür:
$a=$_GET['inputun_adi'];
Burada inputa daxil edilmiş yazı $a dəyişəninə mənimsədilmiş olur. Ümumi kod isə bu formada olacaq:
$a=$_GET['ad']; echo $a;
?>
Nəticədə inputa daxil olunmuş yazı çap olunacaq. Biz burada birbaşa yazını çap etdik. Ancaq
əslində
göndər düyməsinə
basıldıqdan sonra inputun dəyərini götürməliyik. Bunun üçün isə
isset() funksiyası vasitəsilə göndər düyməsinə basılmağını yoxlamalıyıq. Yuxarıdıkı php kodunda aşağıdakı dəyişikliyi edək:
$a=$_GET['ad']; echo $a;
}
?>
Burada artıq inputa daxil edilmiş yazı Göndər basıldıqdan sonra əldə olunacaq və çap olunacaq.
Get metodunun mənfi bir xüsusiyyəti var ki, get metodundan istifadə
etdikdə
formaya daxil
edilmiş dəyərlər brauzerin adres hissəsində görünür. Məsələn, yuxarıdakı kodda Göndər
düyməsinə basdıqda brauzerdə adres hissəsi aşağıdakı şəkildə olur:
Dostları ilə paylaş: |