Qüvvəyəminmə və qüvvədəolma müddəti
Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurların tamamlanmasını təsdiq edən Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minəcəkdir.
Bu Anlaşma Memorandumu 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri ən azı 60 (altmış) gün əvvəl onu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərmədiyi təqdirdə, avtomatik olaraq növbəti beşillik müddətə uzadılacaqdır.
Tərəflər başqa cür razılaşmadıqları təqdirdə, bu Anlaşma Memorandumunun ləğv edilməsi mövcud və ya davam edən fəaliyyətlərə tamamlananadək təsir etməyəcəkdir.
Bakı şəhərində 2017-ci il 31 oktyabr tarixində, hər biri Azərbaycan, türk və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılıqları yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Dostları ilə paylaş: |