Yazılı mesajların əsas növləri; ticarət yazışmaları (məktubları) və qeyri-kommersiya məktubları.
Yazılı mesaj nümunələrinə aid çalışmalar və komunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər.
Ticarət məktubları. Kommersiya məktubları kommersiya əməliyyatlarının bağlanması və icrası zamanı tərtib edilir. Buna görə gələcək əməliyyatın uğurlu nəticəsi də belə bir məktubun nə qədər düzgün və inandırıcı tərtib edilməsindən asılıdır. Ticarət yazışmaları sorğu məktubu, təklif məktubu (təklif), cavab məktubu (sorğu, təklif üçün), şikayət məktubu (şikayət) və s. tipli məktublardan ibarətdir.