Həyatımızdakı hər bir şeyin başlaması kimi akademik yazı da seçimlərdən başlayır. Yazacağınız mövzu istər, esse, məqalə və ya diplom işi, istərsə də, geniş həcmli dissertasiya işi olsun, aktual olmalıdır. Yəni, dövrün suallarına cavab verməlidir. Əlbəttə, çox işlənmiş mövzuları da yazmaq mümkündür, ancaq unutmayın ki, akademik yazınızın məqsədi, qiymət almaq, ya da bir nəticəyə nail olmaq, diplom əldə etməkdən daha çox və daha vacib, elmə fayda verməlidir. Ona görə də, yazacağınız mövzudan əvvəl, sizin sahənizdə hal-hazırda elmi ən çox maraqlandıran, üzərində az baş sındırılmış mövzuların qısa siyahısını hazırlayın və birini seçin. Seçdiyiniz mövzunun akademik işinizin (esse, məqalə yoxsa, dissertasiya işi) həcminə mütənasib olmasına diqqət edin. Mövzunu olduqca spesifik, ancaq dar olmamaq şərtilə, seçin.