Mövzunuzu seçdiniz. İndi isə əvvəlcə açırsınız axtarış sistemlərini və başlayırsınız internet aləmini ələk-vələk etməyə. Mövzunuza dair kitabların, məqalələrin siyahısını çıxarın və mütləq və mütləq kitabxanalardan istifadə edin. Araşdırmalarınız sizin işinizin sistemini müəyyən etməyə kömək edəcək. Ədəbiyyatları araşdırarkən, dil imkanlarından maksimum istifadə edin və qeyd edim ki, yazacağınız mövzuda olduqca zəngin ingilis dilli kitablar mütləq tapacaqsınız.
Məzmunu formalaşdırın.
Bu mərhələdə işinizin gedişatını təxminən planlaya bilərsiniz. Vaxt bölgüsünə diqqət etsəniz, işinizə “1-0” öndə başlayarsınız. Mövzunuzun problemli tərəflərini, qarşılaşacağınız çətinlikləri düşünüb qeyd etməyə çalışın və bu sahədə təcrübəli şəxslərdən tövsiyə almaqdan çəkinməyin.
Köçürməyin, öz fikrinizi təqdim edin.
Akademik yazının istənilən növündə plagiatizm xoşagəlməz haldır və sizin üçün heç də xoşunuza gəlməyəcək nəticələr doğura bilər. Bundan yayınmağın yolu ədəbiyyatlardan istifadə zamanı, oxuduğunuz mətni öz sözlərinizlə qısaca müəllifin fikri olaraq qeyd etməkdir