Yazınız hər nə qədər gözəl olsa da, “bir dediyiniz digərini tutmasa” heyif yazınızdan. Ardıcıllıq və səmimilik akademik yazının başlıca estetik qaydalarıdır. Yazınızın ilk cümləsindən son cümləsinə qədər maksimum səmimi olun və arqumentlərinizin bir-birini izləməsinə xüsusi diqqət yetirin. Oxucunu elmi mübahisələrin dərinliyinə birbaşa çəkmək yerinə, qısa tarixcə, maraqlı fakt və yeri gələndə cüzi frazeoloji birləşmələrdən istifadə edərək cəlbedici girişə nail ola bilərsiniz. Elmi mübahisələrə yer verdiyiniz zaman da ideyaların bir-biri ilə uyğunluğu əsas qaydanız olsun.