Humanitar fənər


Elmi işlər barədə təqdimatların hazırlanması



Yüklə 269,93 Kb.
səhifə147/161
tarix31.12.2021
ölçüsü269,93 Kb.
#112885
1   ...   143   144   145   146   147   148   149   150   ...   161
ADİAK dərs vəsaiti

Elmi işlər barədə təqdimatların hazırlanması. Təqdimatın hazırlanmasına başlamazdan əvvəl məqsədli auditoriya və çıxış müddəti müəyyən edilməlidir. Təqdimatın necə qurulması ondan asılı olacaq. Ən tipik xüsusi halları nəzərdən keçirək. Dissertasiya işinin müdafiəsi Bu ən qısa təqdimatlardandır, 5-10 dəqiqə. Məsələnin qoyuluşu və alınan nəticələrin sadalanması üzərində diqqəti cəmləşdirmək lazımdır. Attestasiya komissiyasına qoyulan problemin mürəkkəbliyi aydın olmalıdır. Sizin onun üzərində səylə çalışmısınız və nəyisə yaxşılaşdıra bilmisiniz komissiya üzvlərinə çatdırılmalıdır.. Komissiya üzvləri sizin problem və onun terminalogiyasına yaxşı bələd olmaya bilərlər. Ona görədə texniki xırdalıqlar üzərində dayanmaq lazım deyildir. Bununla yanaşı slaydlarda bu texniki xırdalıqlar kifayət qədər mürəkkəb ifadə, cədvəl və qrafiklər formasında göstərilə bilər. Müzakirə etdiyiniz fraqmentləri rəngli və yaxudda yağlı şriftlərlə qeyd etmək məsləhət görülür. Əgər kimdəsə onlar maraq doğurarsa onda həmin məsələlər üzrə suallar verəcəkdir. Təqdimatda işin şəxsən müəllif tərəfindən təklif edildiyi qeyd edilməlidir. Digər tərəfdən öz şəsiyyətini həddən ziyada qabartmaqda tövsiyə edilmir. Ciddi üslub və anlaşıqlı nitq alqışlanır. Adətə fəlsəfə doktoru dissertasiyası 15-20, doktorluq dissertasiyası 35-40, magistr dissertasiyası isə 10 dəqiqə çəkir. Konferensiyada çıxışlara adətən 20 dəqiqə vaxt ayrıır. Bu vaxt başa çatmış problemi və onun mühüm məqamlarını işıqlandırmaq üçün optimal hesab edilir. Təqdimat hazırlıqlı dinləyiciyə hesablanıb. Mövzunun xırdalanma dərəcəsi onu başa düşə biləcək dinləyicilərin sayından asılı olmalıdır. Təqdim edilən slaydları auditoryanın heç olmazsa ən azı yarısının başa düşməsi arzuolunandır. Təqdimat ərzində sizin fərdiliyinizi qeyd edə biləcək bir-iki zarafat yerinə düşərdi. Dizayn ciddi olmalı və diqqəti işin mahiyyətindən yayındırmamalıdır.


Yüklə 269,93 Kb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin