Humanitar fənər



Yüklə 269,93 Kb.
səhifə48/161
tarix31.12.2021
ölçüsü269,93 Kb.
#112885
1   ...   44   45   46   47   48   49   50   51   ...   161
ADİAK dərs vəsaiti

Ünsiyyətin məqsədinə gəldikdə, insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən ibarətdir. Bu baxımdan insanların ünsiyyətə girməsinin məqsədi geniş və çox sahəlidir. İnsanların ünsiyyətə girmə məqsədinə onların dünya, təlim və tərbiyə, şəxsi və işgüzar qarşılıqlı əlaqələrin yaradılması və s. haqqında obyektiv məlumatın verilməsi və ya alınmasını daxil edirlər.

Ünsiyyət vasitələri ünsiyyət zamanı ötürülən informasiyaların kodlaşdırılmasında, ötürülməsində, işləmə və açılmasında özünü göstərir. İnformasiyaların kodlaşdırılması onun bir canlı varlıqdan digərinə ötürülmə tərzindən ibarətdir. İnformasiya insanlar tərəfindən müəyyən məsafədən, hiss üzvləri vasitəsilə ötürülə və qavranıla bilir. İnsanda dil və başqa işarələr sistemi vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir. Elm və texnikanın müasir inkişafı ünsiyyət vasitələrinin daha geniş vüsət əldə etməsinə imkan yaradır. Bu cür ünsiyyət vasitələrinə müasir telefon əlaqələrini, kompüter və internet əlaqələrini və s. aid etmək olar.
Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər
Tapşırıq. Suallara cavab verin.


  1. Etiket və işgüzar ünsiyyət etikası nədir?

  2. İşgüzar ünsiyyətdə əsas söhbət qaydaları hansılardır?

  3. İşgüzar ünsiyyətdə nitq etiket qaydaları haqqında danışın.

  4. İşgüzar ünsiyyətin vacib psixoloji amili nədir?

  5. Ünsiyyəti məzmunu, məqsədi və vəzifələri haqqında nə deyə bilərsiniz ?



Yüklə 269,93 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin