Tapşırıq: Ünsiyyətin verbal və qeyri-verbalnövlərindən istifadə edərək “ Vətən müharibəsi” mövzusunda diskusiya aparın.
Özümüz üçün mütləq şəkildə 3 məqamı müəyyənləşdirməliyik.
Kim ilə danışacağam: danışacağım adamla ortaq cəhətlərim nədir, onun ünsiyyət vərdişləri nələrdir, sizə qarşı münasibəti necədir, sizinlə danışarkən hansı taktikadan istifadə edir, müzakirə mövzusu nədir?
Nə danışacağam: hər bir danışığın məqsədi olmalıdır, yəni bu məsələni müzakirə etməklə nəyə nail olmaq istəyirik.
Necə danışacağam: ünsiyyətimizi dəqiq, səlis və mədəni qaydaları gözləyərək aparmalıyıq. İfadələrimizdə sadəliyə, konkretliyə fikir verməliyik. Təqdimatımız baxımlı olmalıdır. Qarşı tərəfin bizi nə dədərəcədə dinləmə istəyinin olub-olmadığını hiss etməli və bunu nəzərə almalıyıq.