Sual: Özünüzü 5-10 ildən sonra harada görürsünüz?
Bu sualı verməkdə əsas məqsəd sizin karyera planlarınızı daha yaxşı anlamağa və bu təklif olunan vakansiyanın sizin əsas planlara nə qədər uyğun olduğunu görməkdir.
Bütün suallarda spesifik olmağa çalışmaq lazımdır, lakin bu sual istisnadır. Düzgün cavab vermək, lakin tam detallara getmək məcburiyyətində deyilsiniz.
Siz cavabınızı elə qurmalısınız ki, işlə əlaqədar müraciətiniz sizin gələcək karyera planınızla məntiqli olsun. Daha sonra bu işi həqiqətən də əldə etmək istəyirsinizsə, sizin cavabınız müsahibə götürənin axtardığı insan tipindən asılı olacaqdır. Məsələn, bu şəxsin iki ildən sonra daha da böyük vəzifələrə getmək üçün ambisiyalara sahib olması və ya bu vəzifədə uzun müddət qalacaq bir insanın axtarılması ola bilər.
Dostları ilə paylaş: |