Humanitar fənər


Şifahi işgüzar ünsiyyətinin mədəniyyətlərarası aspektləri



Yüklə 269,93 Kb.
səhifə71/161
tarix31.12.2021
ölçüsü269,93 Kb.
#112885
1   ...   67   68   69   70   71   72   73   74   ...   161
ADİAK dərs vəsaiti

Şifahi işgüzar ünsiyyətinin mədəniyyətlərarası aspektləri.

  • Mədəniyyətlərarası münasibətlərdə düzgün ünsiyyət amilləri və komunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər.


    Mədəniyyətlərarası münasibət və onun tipləri. Mədəniyyətlərarası münasibətlər üç tipdə təzahür edir.

    Birincisi, utilitar münasibətlərdir ki, bu, mədəniyyəti özünəməxsusluğundan əl çəkməyə, könüllü olaraq digər mədəniyyətə tabe olmağı tələb edir.

    İkincisi, dözümsüzlük tipidir. Bu tip eqosentrik mədəniyyətlərin, özünə qapanmış və digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrə girmək istəməyən mədəniyyətlərin mövcudluğunu nəzərdə tutur.

    Üçüncüsü, mədəniyyətlərin qarşılıqlı təsirini nəzərdə tutan münasibətlər tipidir. Bu zaman müxtəlif mədəniyyətlər bir-biri ilə münasibətdə bərabərhüquqlu subyektlər kimi çıxış edirlər.

    Mədəni münasibətlərin bu üçüncü tipi ən mütərəqqi xarakter daşıyır.

    Ona görə ki, o aşağıdakı prinsiplərə əsaslanır:


    • Hər bir mədəniyyət əvəzedilməz və təkraredilməz dəyərlər məcmusundan ibarətdir. Bunun sayəsində hər bir xalq dünyada mövcud olmaq və digər xalqlarla qarşılıqlı əlaqəyə girmək imkanına malikdir;

    • Bütün xalqlar bəşəriyyətin ümumi mədəni varisləridir. Xalqların mədəni özünəməxsusluğu digər xalqların əlaqələri və dəyərləri ilə mədəni təmaslar nəticəsində müəyyənləşir, zənginləşir;

    • Hər bir xalq özünəməxsusluğunu qorumaq hüququna malik olsa da, digər xalqlar üçün universal olmaq hüququna iddia edə bilməz;

    • Ayrı-ayrılıqda hər bir xalqın mədəni özəllikləri ümumbəşəri dəyərlərin vəhdəti prinsipinə zidd deyildir. Bu dəyərlər bəşəriyyəti birləşdirən, onun həyat fəaliyyətini məhsuldar və mütərəqqi edən dəyərlərdir.

    Müasir Azərbaycan mədəniyyəti mükəmməl genetipi olan mədəniyyətdir. Azərbaycan mədəniyyəti tipologiyası baxımından ümumtürk mədəniyyətidir. Müxtəlif dövrlərdə dünya mədəniyyətinin təsirinə məruz qalmış, dünya mədəniyyətinin tərkib hissəsinə çevrilmiş, məzmun etibarı ilə Azərbaycan, türk-müsəlman mədəniyyəti kimi özünü təsdiq etmişdir.

    Azərbavcan xalqının mütləq əksəriyyətini Azərbaycan türkləri təşkil edir. Təbii ki Azərbaycan mədəniyyətinin əsasında türk mədəniyyəti durur. Azərbaycanda yaşayan qeyri-türk mənşəli xalqlar, etnoslar yalnız Azərbaycan dili əsasında deyil, eyni zamanda Azərbaycan türklərinin tarixi birləşdirici missiyası əsasında ünsiyyətə girib Azərbaycan xalqını, Azərbaycan cəmiyyətini təşkil edirlər.

    Millət bir, bir neçə, hətta çoxlu sayda etnik qrupların məcmuyundan da formalaşa bildiyindən milli mədəniyyət də həm mono, həm də polietnik əsasda yaranaraq inkişaf edir. Milli mədəniyyətin formalaşmasının mühüm amillərindən biri də milləti təşkil edən etnoslar arasında dil, din, əqidə, adət-ənənə birliyinin, mədəni ümumiliyin olmasıdır. Eyni zamanda müştərək tarix, ümumi tale və yaddaş da cəmiyyət daxilində ünsiyyət və inteqrasiyanın sürətlənməsinə, vahid mədəni dəyərlər sisteminin yaranmasına şərait yaradır.


    Yüklə 269,93 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   67   68   69   70   71   72   73   74   ...   161




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin