Humanitar fənər


Tərcüməçi ilə əlaqə qurarkən əməl olunmalı qaydalar



Yüklə 269,93 Kb.
səhifə72/161
tarix31.12.2021
ölçüsü269,93 Kb.
#112885
1   ...   68   69   70   71   72   73   74   75   ...   161
ADİAK dərs vəsaiti

Tərcüməçi ilə əlaqə qurarkən əməl olunmalı qaydalar. Tərcüməçi, bir qayda olaraq, yalnız dilçi deyil, həm də hansısa bir bölgənin bilicisidir. Yəni bölgəşünas regionşünasdır. Bu da bilik və təcrübəsindən yalnız tərcümə işi üçün deyil, həm də tərəfdaşlarla etibarlı münasibət qurmaq üçün istifadə etməyə imkan verir. Tərcüməçi ilə əlaqə qurarkən aşağıdakı qaydalara əməl olunmalıdır:

    • Yavaş-yavaş, aydın şəkildə düşünərək danışmalı, deyilənləri qeyri-müəyyən şəkildə şərh etməyə imkan verməməlisən;

    • Materialın tərcüməçinin yaddaşında qalması və materialı tam və düzgün tərcümə edə bilməsi üçün cümlələr tez-tez, ardıcıllıqla deyilməməlidir. Cümlələr bir-bir məntiqi ardıcıllıqla tərcümə olunsa, daha yaxşıdır.

    • Sözlərinizi kəlamlar, idiomatik ifadələr və üstəlik ayələrdən sitat gətirməklə müşayiət edə bilməzsiniz. Onları başqa dilə tərcümə etmək uzun iş tələb edir və dinamik söhbət zamanı mümkün deyil. Həm də belə olarsa, tərcümə danışıq atmosferini poza bilər, çünki başqa dildə atalar sözləri və kəlamlarımız qeyri-müəyyən məna, bəzən hətta təhqiramiz bir məna əldə edə bilər;

    • Tərəfdaşların reaksiyasını nəzərə almaqla sizi düzgün başa düşmədikləri hiss olunarsa, dərhal hərəkətə keçmək lazımdır. Tərcüməçi, öz növbəsində, zərurət yarandıqda hər iki tərəfdən fikri daha sadə sözlərlə izah etməsini və ya ifadəni yenidən söyləməsini istəyə bilər;

    • Danışıqlardan əvvəl tərcüməçi ilə işləmək üçün kifayət qədər vaxt ayırmaq lazımdır ki, onu daha çox müzakirə olunan məsələlər əhatəsi ilə tanış etsinlər, istifadə olunan terminləri izah etsinlər.

Məruzə, təqdimatdakı nitq və digər yazılı materiallar nitqdən bir-iki gün əvvəl tanış olmaq üçün tərcüməçiyə təhvil verilməlidir.


Yüklə 269,93 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin