Humanitar fənər


Yazılı işgüzar kommunikasiya və onların aparılması qaydaları



Yüklə 269,93 Kb.
səhifə78/161
tarix31.12.2021
ölçüsü269,93 Kb.
#112885
1   ...   74   75   76   77   78   79   80   81   ...   161
ADİAK dərs vəsaiti

Yazılı işgüzar kommunikasiya və onların aparılması qaydaları.

  • Sənəd yazılı işgüzar ünsiyyətin əsas məhsulu kimi və onun xüsusi funksiyaları. Kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər.


    Yazılı işgüzar ünsiyyət. Yazılı işgüzar üslubdan idarə, müəssisə və təşkilatlarda işgüzar yazışmaların aparılması prosesində daha çox isifadə olunur. Bu üslub dilçilər tərəfindən müxtəlif formalarda adlandırılır: yazılı işgüzar üslub, rəsmi üslub, qanunların dili, işgüzar dil, rəsmi sənəd dili və s. Bunların hamısı mahiyyət etibarı ilə eyni mənanı daşıyır. Yazılı işgüzar üslubun formalaşması XVI əsrdən başlamışdır. Azərbaycanda dövlətçiliyin təşəkkül tapdığı Xətai dövründə müxtəlif sənəd nümunələri yaranmış, dövlətlərarası yazışmalardan istifadə olunmuşdur. Sonralar bu üslub daha da inkişaf etmiş və mükəmməlləşmişdir. Yazılı işgüzar ünsiyyətin həyata keçirilməsində əsas məqsəd sağlam ünsiyyət yaratmağa, daxildə və beynəlxalq aləmdə dövlətin imicinin yüksəlməsinə xidmət edir. Bu ünsiyyət işgüzar aləmdə fiziki və hüquqi şəxslər arasında münasibətlərin qurulmasında böyük rol oynayır. Yazılı işgüzar ünsiyyət hər hansı sənədin səlis, aydın, savadlı və məzmunlu tərtib edilməsi üçün istifadə olunan qayda və vasitələrin məcmusudur. Bu qayda və vasitələr nə qədər düzgün tətbiq olunarsa, bir o qədər sənədlərin məzmunu, mənası əhəmiyyətli görünər. Yazılı işgüzar ünsiyyətdəki sənədlərin məqsədi odur ki, müəllif öz mövqeyini ünvanladığı şəxsə çatdıra bilsin. Ona görə də sənəd savadlı və inandırıcı olmalıdır ki, məqsədə nail olmaq mümkün olsun. Eyni zamanda sənəddə qrammatik, etik və digər qaydalar yüksək səviyyədə olmalıdır.


    Yüklə 269,93 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   74   75   76   77   78   79   80   81   ...   161




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin