Humanitar fənər


İnformasiya sorğusu nədir və onu necə göndərmək olar?



Yüklə 269,93 Kb.
səhifə104/161
tarix31.12.2021
ölçüsü269,93 Kb.
#112885
1   ...   100   101   102   103   104   105   106   107   ...   161
ADİAK dərs vəsaiti

İnformasiya sorğusu nədir və onu necə göndərmək olar?

“İnformasiya əldə etmək” haqqında Qanuna əsasən informasiya əldə etmək üçün sorğu ilə müraciət etmək lazımdır. İnformasiya sorğusunun təqdim edilməsinin 2 üsulu var:



    1. sorğuçu (yəni informasiya əldə etmək üçün sorğu göndərən vətəndaş)  informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi;

    2. sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı.

Ümumiyyətlə, əgər siz informasiya əldə etmək üçün sorğu ilə müraciət etmək istəyirsinizsə, məsləhətdir ki, bunu yazılı şəkildə edəsiniz. Yazılı sorğunu qəbul etməkdən imtina qadağandır. İnformasiya əldə etmək üçün yazılı şəkildə sorğu ilə müraciət edən vətəndaş sorğusunun aşağıdakı formalardan birində təmin edilməsini tələb edə bilər:

    • sənədlə tanış olmaq üçün ayrılmış yerə daxil olma;

    • sənədin üzünün köçürülməsi.

Sorğu metodu. Sorğu konkret sosioloji tədqiqatlarda ən çox yayılmış və geniş istifadə olunan metodlardan biridir. Bu metodun populyarlığı onun özünəməxsus universallığı ilə izah olunur. Əgər, məsələn, müşahidə metodunun köməyi ilə tədqiqatçı fərdin indiki zamanda real davranış faktlarını qeyd edirsə, sorğu metodunun vasitəsilə tədqiqatçı fərdin keçmişdə və hal-hazırda davranış motivləri və real hərəkətləri haqqında, onun niyyətləri və gələcək planları haqqında məlumat ala bilər. Tədqiqatçı fərdin subyektiv rəyləri, hissləri, davranış motivləri haqqında daha dolğun məlumat almaq istədiyi hallarda sorğu metodu xüsusilə əvəzedilməzdir. Tələb olunan məlumatın xarakterinə, onun alınması üsuluna və təfsir olunma tipinə görə sorğu aşağıdakı növlərə bölünür:

  • anket sorğusu,

  • müsahibə,

  • sosiometrik sorğu.

Əsas toplunun əhatə edilməsi dərəcəsinə görə sorğular tam və seçkili olur. Tam sorğu aparılarkən sorğudan müşahidə vahidlərinin bütün məcmusu keçirilir, yəni rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayına bərabər olur. Seçkili sorğuda rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayının yalnız müəyyən bir hissəsini təşkil edir. Keçirildiyi üsula görə anket və ya müsahibə metodlarının tətbiqi ilə aparılan sorğu həm fərdi, bir adama yönəldilə, həm də qrup sorğusu, eyni zamanda bir neçə adamdan ibarət qrupa yönəldilə bilər.


Yüklə 269,93 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin