Humanitar fənər



Yüklə 269,93 Kb.
səhifə120/161
tarix31.12.2021
ölçüsü269,93 Kb.
#112885
1   ...   116   117   118   119   120   121   122   123   ...   161
ADİAK dərs vəsaiti

Bülleten : [fr.]

    • İctimai əhəmiyyəti olan hadisə haqqında qısa məlumat. Hava bülleteni.

    • Bəzi dövri məcmuələrin adı. Elmlər Akademiyasının bülleteni. Ali Təhsil Nazirliyinin bülleteni.

    • Seçki vərəqəsi. Səsvermə bülleteni. Hər bir vətəndaş seçki siyahısında qeyd olunduqdan sonra, seçki bülleteni alır. (Qəzetlərdən).

    • Xəstənin xəstəlik günlərini göstərən rəsmi vərəqə. [Bənövşə:] Ona yalandan bülleten verən doktoru məsuliyyətə almaq lazımdır. S.Rəhman.

Zəmanət məktubu. Zəmanət məktubu müəyyən hərəkətlərin yerinə yetirilməsinin və ya müəyyən şərtlərin (alınan məhsulların, görülən işlərin və ya göstərilən xidmətlərin ödənilməsi şərtləri və faktı, keyfiyyət zəmanəti və s.) təsdiqlənməsini (zəmanəti) özündə əks etdirən qeyri-kommersiya xarakterli bir iş növüdür. Zəmanət məktubu öhdəliyin yerinə yetirilməsini təmin etmək üçün bir yoldur, buna görə təşkilatın firma blankında rəhbərin (bəzən mühasibin) möhürü və imzası ilə tərtib etmək tövsiyə olunur. Zəmanət məktubu tərtib edərkən aşağıdakı məlumatlar nəzərə alınmalıdır:

      • çıxan sənədin nömrəsi və tarixi;

      • müraciət olunduğu qurumun və vəzifəli şəxsin adı;

      • sənədin adı (zəmanət məktubu);

      • məktubun mətni;

      • bank rekvizitləri, habelə öhdəliklərin pozulması halında cərimənin məbləği (ödəniş zəmanəti olduqda).


Yüklə 269,93 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin