Dissertasiyanın tərtibi haqqında. Titul - Üz vərəqi dissertasiyanın birinci səhifəsidir. Bura nömrə qoyulmur. Mündəricatda dissertasiyanızın bütün bölmələri ardıcıllıqla göstərilir. Mündəricatda bütün fəsillərin, yarımfəsillərin və bəndlərin başlanğıc nömrəsi göstərilir. Giriş – təxminən 4-5 səhifəyə qədər ola bilər. ”Giriş”də tədqiqatın məqsəd və vəzifələri, aktuallığı, elmi yeniliyi, praktik əhəmiyyəti, metod və metodologiyası, ədəbiyyatda qoyuluşu və s. göstərilir. Əsas hissə - fəsillər, yarımfəsillər və bəndlərdir. Adətən, iki və ya üç fəsildən və hər fəsil ən azı 2 yarımfəsildən ibarət ola bilir. Çalışmaq lazımdır ki, fəsillər arasında həcmcə mütənasiblik də gözlənilsin. Nəticə 3-4 səhifəyə qədər ola bilər. Nəticələr konkret olaraq göstərilir.Təkliflər də verilə bilər. İstifadə edilmiş ədəbiyyat - real və tədqiqata uyğun olmalıdır. Əlavə mütaliə edilmiş ədəbiyyat, yaxud internet saytı da ədəbiyyat siyahısına daxil olur. Hər halda ədəbiyyatda da zənginlik görünməlidir. Xüsusilə son dövrlərin ədəbiyyatına üstünlük verilməlidir. “Əlavələr”də mövzu ilə bağlı müəyyən cədvəllər, müəyyən sənədin üzü, təlimat və s. verilə bilər. Dissertasiya çap olunarkən qeyd olunan ardıcıllıq gözlənilməlidir.