Biblioqrafik icmal. Bu icmal informasiya mənbəyi kimi ilkin sənədlərin müəyyən dövr ərzində və yaxud da hər hansı birləşmiş ortaq əlaməti üzrə xülasəsi yaranmış xarakteristikanı əks etdirir.
İcmal məqalənin növləri. Ədəbiyyat icmalı məcburən istənilən elmi işin tərkib hissələrindən biridir. Orada diplom işində qoyulmuş suala müvafiq hazırda mövcud olan nöqteyi-nəzər təhlil edilir. Müəllif vəzifəsi-müxtəlif alimlərin baxışlarını öyrənmək və onlar arasında öz işinin yerini müəyyən etmək, onun xüsusiyyətlərini (unikallığını) göstərməkdir. İcmal girişdə və yaxud da ayrıca başlıq kimi təqdim edilə bilər. Ədəbiyyat icmalının əsas məqsədi - seçilmiş elm sahəsində biliyin cari sərhədlərinin müəyyənləşdirilməkdən, sələflərin işlərindəki müstəqil tədqiqatçılar tərəfindən təsdiq edilməmiş ziddiyyətləri aşkar etməkdən ibarətdir. İcmalın sonunda gələcək tədqiqatların perspektivləri haqqında nəticələr tədim edilməlidir. İcmal məqalənin 1. Adı. Oxucunu maraqlandıracaq vacib elementdir. 2. Annotasiya. Annotasiyada iş haqqında ümumi, qısa təqdimat verilir. Müəllif annotasiyanı yazılan anda məqalənin nə barədə yazılacağını, onda oxucu üçün maraqlı və vacib olan məqamları özlüyündə yaxşı təsəvvür etməlidir. Bu zaman yaddan çıxarmaq lazım deyilki onun həcmi 200 sözdən artıq olmamalıdır. Giriş. Giriş oxucuya işin quruluşu və onun elementlərinin qarşılıqlı əlaqəsi barədə məlumat verməklə, onun vaxtına qənaət edir. Əgər hansısa bölmələr oxucunu maraqlandırarsa o həmin bölmələri oxuyacaqdır. Əsas hissə. Yadda saxlayın ki, icmal məqalə biblioqrafik icmal deyildir. Sizin vəzifəniz elmi problemin öyrənilmə səviyyəsini göstərmək, imkan daxilində baxılan problemə aid işlərə kritik yanaşmaq və bu işlərə əsaslanan nəticələr çıxarmaqdır. Nəticələr. İcmal məqalənin nəticələri – gələcək tədqiqatların davam etmə istiqamətlərini tövsiyə etməkdən və toxunulan konkret problemi həll etmək üçün elmi innovasiyaları tətbiq etmək təklifini verməkdən ibarətdir.