İşgüzar üslubda özünütəsdiq təqdimatı.
İşgüzar üslubda özünütəsdiq təqdimatı üzrə nümunələr və kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər.
İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi hansısa sövdənin gerçəkləşməsi, mövcud problemin həlli, yeni əməkdaşlığın qurulması və s. ola bilər. Ünsiyyətin tərəfləri qismində isə həmkarlar, müdir və tabeçilikdə olan şəxslər, tərəfdaşlar və s. çıxış edir. Burada tərəflərin hər birinin statusu müəyyən olunur. Hər şeydən əvvəl, şəxs öz işgüzar sahəsindən olan sanballı peşəkarların simpatiyasını qazanmalı və həmin insanlarla kontakta girməyi bacarmalıdır. Yeni başlayan əksər işgüzarların uğuru düzgün tərəfdaş seçimindən asılı olur. Məşhur bir peşəkar ilə əməkdaşlıq yeni başlayan tərəf üçün arzuolunan nəticənin əldə edilməsini asanlaşdırır. Başqa sözlə, işgüzar ünsiyyət prosesində biz könüllü və ya ixtiyari olaraq özümüzü təqdim etməyi həyata keçiririk. İşgüzar ünsiyyətdə öz şəxsiyyətimizin nümayişi bizə ən yaxşı şəkildə reklam etməyə imkan verən bir prosesdir. Danışığımız, hərəkətimiz, nitqimiz, davranışımız, insanlara və ətrafdakılara münasibətimiz bizim reklamımızdır. Uğurlu iş adamı ətrafdakılar tərəfindən etimad qazanmalıdır. O, iş praktikasında etimada bir qabiliyyəti kimi xüsusi diqqət yetirməlidir.
İlk təəssüratın aldadıcı olub olmamasına baxmayaraq, iş adamı məhz ilk andan iş yoldaşını məmnun etmək üçün hər şeyi etməlidir. İşgüzar ünsiyyətdə iştirak edən tərəfdaş üçün müsbət və nüfuzlu bir imic formalaşdırmaq üçün özünü nitqin köməyi ilə təqdim etməlidir (effektiv nitq təqdimatı həyata keçirməlidir). O cümlədən, nitqin köməyi ilə formalaşan imicimiz başqalarına göstərdiyimiz portretimizdir. Bu, əleyhimizə deyil, bizim üçün çalışmalıdır, ən yaxşı keyfiyyətləri həqiqətdə göstərməlidir və eyni zamanda sadə və səmimi olmalıdır. Nitqin özünü təqdim etməsinin nəticəsi iş adamının şifahi təsviridir. Nitqlə bağlı problemlər varsa (hamı nitqdə düşüncələrini açıq və aydın ifadə edə bilmir), onda “Danışmaq gümüşdür, susmaq qızıldır” deyimi burada məqsədəuyğundur. Bir sıra hallarda sükut, həqiqətən, nitqdən üstündür.
Şifahi monoloqda tez-tez istifadə olunan dörd üsul var. Bu üsullardan bəziləri başqa bir vəziyyətdə dialoqa girmək lazım olduqda tətbiq olunur:
insanlarla danışmaq, nəinki danışmaq;
həmsöhbətlərin şəxsi maraqlarını nəzərə almaq;
həmsöhbətlə danışarkən gülümsəməyə başlamağı unutmamaq;
bəzi sosial tabuları (müəyyən mövzularda əsaslandırılmış və ya arxaik qadağaları) aradan qaldırmaq.
Dostları ilə paylaş: |