Sual: Nəyə görə sizi seçməliyik?
Müsahibə götürən şəxs Sizə “Nəyə görə sizi seçməliyik?” sualını verəndə əslində “Sizin hansı xüsusiyyətləriniz sizi bu işə ən uyğun namizəd edir?” deyə soruşur.
Bu suala cavab vermək üçün siz:
Müsahibədən əvvəl bu işin təsviri ilə tanış olursunuz;
İşə götürənin hansı xüsusiyyətləri axtardığını müəyyənləşdirirsiniz;
Bu xüsusiyyətləri sizin bacarıq və səriştələrlə qarşılaşdırırsınız;
Sizdə bu xüsusiyyətlərin olduğunu qeyd edib inandırırsınız.
Sual: Niyə görə bu yerdə işləmək istəyirsiniz?
Bu sualı verən İnsan resusları- “HR” sizin bu şirkətdə işləmək istəməyinizin əsl səbəblərini və şirkət barədə nə qədər bilikli olduğunuzu öyrənmək istəyir. Bununla bir yerdə burada sizin nə qazanacağınızdan daha çox şirkətin nə qazanacağını qeyd etmək lazımdır. Məsələn: “mən sizin şirkətin ana dəyərləri və fəlsəfəsi ilə tanış oldum. “Düzgünlük və Ədalət” mənim üçün də sadəcə söz yığını deyil və buna görə də mən seçimimi sizdə edirəm. İR eşitmək istəyir ki, namizəd bu şirkətdə sadəcə ümumi iş axtardığına görə işləmək istəməsin.
Dostları ilə paylaş: |