Sual: İş yerinizi nəyə görə dəyişirsiniz?
Bu sualı verən müsahibəçinin əsas məqsədi sizin işinizdən ayrılma səbəblərini öyrənərək, sizin işçi kimi rəsminizi cızmaq, üstünlüklərinizi anlamaq və gələcəkdə sizi işə götürdüyü təqdirdə sizdən nə gözləmək olacağını bilməkdir.
Qızıl qayda: Heç vaxt və heç bir halda bu suala cavab verərkən keçmiş və ya indiki rəhbərliyi və ya iş yoldaşlarınızı pisləməyin.
Ümumi qayda odur ki, siz hər zaman daha yaxşı imkanlar əldə etmək üçün can atırsınız, misal üçün, siz deyirsiniz ki, “mən əslində öz işimdən razıyam və dəyişməyi düşünmürdüm, sadəcə, sizin təklif etdiyiniz iş mənim çoxdankı arzumdur deyə mən işimi dəyişmək barəsində düşünməyə başladım”.
Dostları ilə paylaş: |