Burada əsas məqsəd sizin səylərinizlə işin təsvirinin üst-üstə düşməsini və sizin bu vəzifəni nə dərəcədə dərk etdiyinizi müəyyən etməkdir.
Siz elə şeyləri seçməlisiniz ki, sizin gələcək işinizə birbaşa aid olsun. Bəzi müsahibə götürənlər müsahibəyə vəzifə haqqında qısa məlumatla başlarlar. Bu qiymətli məlumatı siz başqa cür ifadə edə bilər və ya təkrarlamaqla müvafiq suallara cavab verə bilərsiniz. Fərz edək ki, müsahibə götürən şöbəyə idmanla məşğul olan idmançıların fiziki, nəzəri, texniki idman hazırlığının artırılmasını təmin etməyi bacaran bir mütəxəssis lazımdır. Siz bu məlumatı belə istifadə edə bilərsiniz: “Mən gələcəkdə idman məşqlərinin aparılma metodlarını təkmilləşdirmə imkanlarını dəyərləndirirəm, həmçinin gördüyüm işlərin nəticələrini ümumiləşdirir və təhlil edirəm. Bu yaxınlarda mənə regionlardakı işlərin təhlili ilə əlaqədar təşəkkür elan edilib. Bununla belə mən çox istərdim ki, bu işimdə beynəlxalq fəaliyyətlərin elementləri də olsun. Hesab edirəm ki, bu vəzifə mənim indiki təhlil bacarıqlarımı tamamlamaqla beynəlxalq şirkətlərlə olan əlaqələrin də bu fəaliyyətlərimə daxil olması ilə daha da genişlənəcəkdir.”
Tapşırıq. Müəllimi seşiminə uyğun spontan nitq söyləyin. Nitq zamanı monoloji nitqin nəqletmə, təsviri, məlumatverici, daxili, inandırma və təbliği növlərin hər hansı birindən istifadə edin.