Bu tip sənəd növlərinə aid nümunələr və kommunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər.
Şəxsi sənədlər, oların növləri və tərtibi qaydaları.Şəxsi iş kağızı – işgüzar ünsiyyətdə iştirak edən bir şəxsin ehtiyaclarına xidmət edən sənəddir. Belə sənədlərdən biri də tərcümeyi-haldır.
Tərcümeyi-hal.Tərcümeyi-hal müəllifin özü haqqında müstəqil tərtib etdiyi sənəddir. Bu sözün əvəzinə bəzən “avtobioqrafiya” da işlədilir. Tərcümeyi-hal ərəbcə “tərci”-geri çevirmə, döndərmə, təkraretmə və “hal”(surət, vəziyyət) sözlərinin birləşməsindən ibarətdir. Bütün məlumatlar xronoloji qaydada verilir. Tərtib edilmiş tərcümeyi-halın bir qisim məcburi elementləri var:
CV. CV-qısaca olaraq tərcümeyi-haldır. CV vasitəsilə hər bir kəs özünü professional şəkildə təqdim edə bilər. Əgər hər hansı bir şirkət vakansiya elan edibsə və siz bu vakansiyaya müraciət etmək istəyirsinizsə, onda həmin şirkətin insan resursları mütəxəssisinə özünüzü təqdim etmək üçün CV forması göndərməli olacaqsınız. CV sizin vakansiyaya uyğun olub olmadığınızı çatdıracaq və ilkin baxışdan sonar sizin barənizdə bir fikir formalaşacaq. CV yazılma məqsədləri müxtəlif ola bilər: təhsil, iş, təcrübə proqramları, konfrans və s.
CV hazırlayarkən aşağıdakı məlumatlara xüsusi diqqət yetirilməlidir: