Bu məlumatların tam dəqiq və düzgün olmasına əmin olun. Çünki işə götürənin ilk baxdığı məlumatlar bunlar olur və burada yanlış hər bir məlumat sizin haqqınızda artıq mənfi rəyin formalaşmasına səbəb olur.
Təhsil
Burada sizin sahib olduğunuz təhsil dərəcələriniz qeyd olunur. Burada bitirdiyiniz və ya hal-hazırda təhsil aldığınız universitet haqqında məlumatın olması daha vacibdir. Çünki insan resursları mütəxəssisləri və ya CV-nin ünvanlandığı şəxsləri məktəb təhsilindən çox ali təhsil maraqlandırır.
Əgər varsa, iş təcrübəsini mütləq qeyd edin. Bu mütəxəssis insanın sizin barədə ümumi fikir formalaşmasına böyük ölçüdə təsir edir. Bununla o, sizin ona nə vəd etdiyinizi ilkin formada anlaya bilər. İş təcrübənizi qeyd edərkən, burada hansı vəzifənin sahibi olduğunuzu və gördüyünüz işləri qısa formada yazmaq olar.